Yuxarı

Erməni separatçıdan yeni cəfəngiyyat - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfi bununla real məsələlərin müzakirəsindən boyun qaçırmağa çalışır.

Bu sözləri Axar.az-a Qarabağ separatçılarının “baş naziri” Arayik Harutyunyan açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert erməni tərəfinin son vaxtlar çox ziddiyyətli fikirlər ortaya atdığını bildirib:

“Ziddiyyətlərin artması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid fikrin formalaşmamasından qaynaqlanır. Buna görə də sözügedən təkliflər reallığı əks etdirmir, əksinə, erməni tərəfi bununla real məsələlərin müzakirəsindən boyun qaçırmağa çalışır. Əslində, ortaya atılan bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb. Sərsəng su anbarından birgə istifadə indiki halda qeyri-mümkündür. İkincisi, Xankəndi aeroportu Azərbaycanın hava məkanıdır. Bu mənada hər iki “təklif” yanlız işğalçıların Azərbaycan torpaqlarını boşaltması və bölgədə Azərbaycanın yurisdiksiyasının təmin olunması fonunda mümkündür. Nə qədər ki, bu məsələlər öz həllini tapmayıb, bu kimi təkliflər sadəcə boş fikir olaraq qalacaq”.

Millət vəkili, politoloq Rasim Musabəyov da ermənilərin yenə sərsəmlədiyini düşünür:

“Hər iki təklif ümumiyyətlə sərsəmləmədir və qəbulolunmazdır. Ortada sülhə doğru hər hansı irəliləyişlər olmadan bu məsələlər müzakirə obyekti ola bilməz. Ermənistan özünü sivil bir hökumət kimi təqdim etmək istəyir, ancaq alınmır. Sivil hökumət kimi görünməyin bir yolu var – işğal etdiyi torpaqlardan ordusunu geri çəkmək”.

Qeyd edək ki, qondarma rejimin “baş naziri” Arayik Harutyunyan Xankəndi hava limanının behynəlxalq uçuşlara açıq olmasını, Azərbaycanın Sərsəng su anbarının resurslarından “birgə istifadəni” təklif edib. O, humanitar əməkdaşlığın inkişafının sabit və davamlı sülh üçün “yaxşı əsas” ola biləcəyini bildirib.

Tarix
2019.04.11 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla