Yuxarı

Azərbaycanla Norveç arasında viza sadələşdirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Norveç arasında viza sadələşdirilir

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen arasında görüş keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iki ölkə arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə "Azərbaycan Respublikası hökuməti ilə Norveç Krallığı hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş" və "Azərbaycan Respublikası hökuməti ilə Norveç Krallığı hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" imzalanıb.

İmzalanmış sənədlər Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını və Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən, yaxud bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.

XİN-in açıqlamasında deyilir ki, sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Tarix
2014.12.03 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla