Yuxarı

İran Ermənistanın Azərbaycana təcavüzündən narahatdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ermənistanın Azərbaycana təcavüzündən narahatdır

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmanı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycan və İran arasındakı əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran İslam Respublikasının mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ə.İ.Türkman ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrinin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilat barəsində məlumat verərək, onun dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini qeyd edib və bu təşkilatın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Təşkilat rəhbəri Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini bildirib.

Tarix
2014.12.03 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla