Yuxarı

Korrupsiya araşdırması başlayan sabiq nazirin ailə dosyesi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korrupsiya araşdırması başlayan sabiq nazirin ailə dosyesi

Kürdəmirin sabiq icra başçısı İrşad Əliyevlə bağlı korrupsiya araşdırmaları bir sıra arxi-aktual hadisələri gündəmə gətirib.

Axar.az xəbər verir ki, sabiq başçının istefaya göndərilməsinə qədər ətrafı ilə bağlı bir sıra qanunsuzluqlar dosyesi hazırlanırdı. Əvvəlcə, 2012-ci ildə oğlu Fuad Əliyevin törətdiyi ağır yol qəzası cinayət materiallarına salınmışdı. O zaman paytaxtın Rüstəm Rüstəmov küçəsində baş vermiş qəza zamanı 13 nəfər yaralanmışdı.
İki VAZ-2107, iki "Mercedes" markalı avtomobil əzilmişdi. Başçı oğlu hamının xərcini ödəməyə hazır olduğunu bəyan edərək faktı ört-basdır etməyə can atmışdı. Hətta polis gələnə kimi maşının nömrəsini də (AZ 10 UH 661) açıb gizlətmişdi.

İ.Əliyevin istefasına aparan yolda daha bir addım ötən il Bakı şəhər Təhsil İdarəsində işləyən bacısı Simuzər Əliyevanın işdən azad edilməsi idi. Uzun müddət Xətai rayon Təhsil Şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva Təhsil nazirinin əmri ilə görəvindən alındı.
Nəhayət, sabiq kənd təsərrüfatı naziri İrşad Əliyev icra hakimi vəzifəsinə də əlvida deməli oldu. Əldə etdiyimiz xəbərdə bildirilir ki, bu gün İ.Əliyev barəsində korrupsiya ittihamlarının bünövrəsi ailəsinin sözügedən dosyesi ilə qoyulub.

Xatırladaq ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladığı barədə redaksiyamıza xəbər daxil olub. Xəbərdə bildirilir ki, araşdırmalar çərçivəsində Kürdəmir rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsində baş memar işləyən Sarif Əsgərov artıq həbs olunub. İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin müdiri Arzu isə ifadəsi alınaraq azadlığa buraxılıb. Lakin onun şübhəli şəxs olaraq qaldığı bildirilir.

Araşdırmanın İrşad Əliyevin Kürdəmir rayonunun icra başçısı işlədiyi dövrdə Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə başlandığı bildirilir. Kürdəmir rayon icra başçısının birinci müavini Tacəddin Novruzov Axar.az-a açıqlmasında faktı təsdiqləyib.

Tarix
2014.12.04 / 23:58
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir - Foto

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla