Yuxarı

Aynur Camalqızından media-ordu məsələsi ilə bağlı təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızından media-ordu məsələsi ilə bağlı təklif

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə KİV nümayəndələrinə "Dövlət Sirrinin Mühafizəsi üzrə vacib məlumatlar" adlı broşura paylanıb.

"Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camalqızı çıxışında mövcud problemlərlə əlaqədar vəziyyətdən çıxış yollarının axtarılmasını vacib saydığını bildirib: "Biz çıxış yollarını axtarıb tapmalıyıq ki, daha bu cür səhvlər təkrar olunmasın. Çox təəssüf ki, "online" mediada operativlik, birincilik dalınca qaçmaq meyilləri mövcuddur. Məncə, Müdafiə Nazirliyi ilə media arasında yaranan problemlər də bundan irəli gəlir. Hesab edirəm ki, Mətbuat Şurası bu cür məsələlərə müdaxilə etməlidir. Çox yaxşı olar ki, biz rəsmi xəbərləri bir yerdən alaq və onlayn mediada istinadlara son qoyulsun. Çünki dövlətin və ordunun əleyhinə olan bir xəbər bir media orqanında yayılandan 2 dəqiqə sonra 70-80 saytda təkrar dərc olunur. Və həmin xəbərin yayılması məqbul deyilsə, onu bir saytdan yığışdırmaq daha asandır, nəinki 70-80 saytdan. Bununla bağlı bir əsasnamənin hazırlanmasına ehtiyac olduğunu düşünürəm. Mətbuat Şurası həmçinin, reklam verən şirkətlərə də danışıqlar apararsa və reklamların verilməsi ilə bağlı reytinqi daha yüksək olan saytlara deyil, peşəkarlığı yüksək olan saytlara üstünlük verilməsi məsələsi müzakirə olunarsa, bu daha məqsədəuyğun olardı".

Qeyd edək ki, keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da mövcud problemlə bağlı çıxış ediblər.

Tarix
2014.12.05 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla