Yuxarı

Şeyx Paskalla görüşdü: II Bakı sammiti... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, A.Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş vermiş yanğından təəssüf hissi keçirdiyini, bu məşhur və möhtəşəm tarixi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dindarları bu işə maddi və mənəvi dəstək verməyə hazırdırlar.

QMİ sədri Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən bəhs edib. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu bildirən şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirdiyini, qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyalarını irəli sürdüyünü xüsusi qeyd edib. A.Paşazadə 2017-ci ilin sonunda QMİ-nin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini vurğulayıb.

Azərbaycanın multikultural dövlət modelinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə məlumat verən QMİ sədri bu xüsusda iyun ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək, Fransa təmsilçilərinin də qatılacağı növbəti beynəlxalq forumdan bəhs edib.

A.Paşazadə bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi məkana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin formalaşdırılması işinə böyük töhfələr verməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Şeyxülislam 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq bu tədbirin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirib.

Bakıya ilk dəfə 1998-ci ildə səfər etdiyini xatırladan fransalı qonaq ötən müddət ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirib. Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu bildirib.

Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.

Tarix
2019.04.24 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla