Yuxarı

Sərkisyan mitinqlər vaxtı Nikoldan nə xahiş edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyəti ələ keçirməsindən bir il ötəndən sonra parlamentin hazırkı spikeri və Paşinyanın silahdaşı Ararat Mirzoyan sosial şəbəkədə maraqlı detalları açıqlayıb. Mirzoyan bildirib ki, Ermənistan Prezidenti və sonradan Baş nazir olan Serj Sərkisyan həbs etdirdiyi Nikol Paşinyanın yanına danışıqlar üçün dəfələrlə baş nazirin müavini Karen Karapetyanı göndərib.

Sərkisyan Nikol Paşinyandan bir az gözləməyi xahiş edərək, payızda mütləq istefa verəcəyini deyib. Ancaq Paşinyan bu təklifi rədd edib və Sərkisyanın dərhal istefasını istəyib. Daha sonra Karapetyan yenidən Paşinyanın kamerasına gələrək, Sərkisyanın yaxın günlərdə istefa verəcəyini söyləyib. Paşinyan bununla da razılaşmayıb. Çarəsiz qalan Sərkisyan Paşinyanın "dərhal istefa versin” tələbini icra etmək məcburiyyətində qalıb. Beləliklə, Serj Sərkisyan 2018-ci ilin 23 aprel tarixində istefa verib.

Mirzoyanın bir ildən sonra açıqladığı məqamı "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, burada əhəmiyyətli olan fakt Sərkisyanın həbsdə saxladığı Paşinyan qarşısında əyilməsi və istefa sözü verməsidir:

"Sərkisyanı hansı güc istefaya məcbur edə bilərdi? Xalqın etirazı ilə Sərkisyanın istefaya gedəcəyi inandırıcı deyildi. Çünki Sərkisyan o şəxsdir ki, 2008-ci ildə xalqı gülləbaran etmək hesabına prezident kürsüsünə əyləşib.

Fikrimcə, yalnız iki güc Sərkisyanı istefaya məcbur edə bilərdi. Birincisi, Kreml, ikincisi isə ordu generalları. Çox güman ki, sabiq baş naziri fakt qarşısında qoyublar. Şəxsən mən ikinci ehtimalın üzərində dayanıram. Lakin bir məqamı da unutmayaq ki, erməni generallarının özü birbaşa Kremlə bağlıdırlar”.

Tarix
2019.04.26 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla