Yuxarı

Türkiyə S-400-ü istifadə edəcək, yoxsa?.. - Karasikdən şok sual

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ABŞ, Türkiyə və Rusiya arasında şahidi olduğumuz hadisələr üçtərəfli münasibətlərin ən yaxşı yolla inkişaf etdirilməsi üçün atılan geosiyasi və ritorik əlaqələrin məcmusudur.

Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Türkiyə, ABŞ və Rusiya arasında yaşanan S-400 böhranı haqda Axar.az-a danışarkən deyib.

Politoloqun sözlərinə görə, üç ölkənin sözügedən böhranla bağlı müxtəlif mövqeyi məsələnin həllini mürəkkəbləşdirir:

“Təəssüf ki, tərəfləri ayıran əlamətlər onları birləşdirən əlamətlərdən daha çoxdur. S-400 razılaşmasının nəticələrindən asılı olmayaraq, fakt budur ki, rəsmi Ankara hələ də Şərqlə hesablaşır.

Görünən budur ki, S-400 hələ ki, bazarda satılmamış kimi göstərilir, lakin biz Türkiyənin artıq sistemləri aldığını bilirik”.

Doktor Karasikin sözlərinə görə, yaxın gələcəkdə S-400-lərin rəsmi Ankaraya təhvil verilməsinin şahidi olacağıq.

“Əsas sual bu deyil. Əsas sual odur ki, raket sistemi Türkiyəyə təhvil verildikdən sonra “qablaşdırmadan” çıxarılacaq, yoxsa yox. S-400-lərin müstəqil silah, yoxsa “diplomatiya abidəsi” kimi istifadə olunacağı sual altındadır”,– deyə ekspert bildirib.

Tarix
2019.05.04 / 08:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla