Yuxarı

Bu ərəb ölkələri Türkiyəyə qarşı İrəvanla birləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko ilə müsahibəni təqdim edir:

– Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Armen Sərkisyan və Müdafiə naziri David Tonoyanın BƏƏ müdafiə naziri ilə danışıqları zamanı iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi qərara alındı. Məlumdur ki, Ankara ilə bəzi ərəb ölkələri arasında problem var. Gələcəkdə Türkiyəyə qarşı bir savaşa Ermənistanın da cəlb edilməsi mümkündürmü?

– Bir sıra ərəb dövlətləri - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Suriya ilə yanaşı, Qətər, Sudan kimi ölkələrin də Türkiyə ilə problemləri var. Təbii ki, Ermənistanı antitürk koalisiyasına cəlb etmək istəyirlər.

– Söhbət yəqin ki, hərbi güc olaraq müttəfiqlikdən getmir.

– Əlbəttə. Ermənistan hərbi güc olaraq onların nəyinə lazımdır? Onlar yalnız Ankara, Vaşinqton və xüsusilə Fransadakı erməni lobbisinin böyük imkanlarından istifadə etmək üçün İrəvanı yaxına buraxırlar.

– Erməni lobbisi onlara hansı istiqamətlərdə kömək edə bilər?

– Birincisi, Avropa Birliyinin və ABŞ-ın siyasi quruluşunda antitürk qarşıdurmalarının təşviqi əsas vəzifədir. Üstəlik, ərəb monarxiyaları və Misir bunun qarşılığında erməni lobbisinə yaxşı pul verməyə hazırdır.

– Rəsmi Ankara buna necə müqavimət göstərə bilər?

– Rəsmi Ankaranın bunun əleyhinə çıxma şansları məhduddur. Ancaq türklər dəfələrlə rəqiblərinə informasiya və lobbi meydanında qalib gələ bildiklərini sübuta yetiriblər. Ümid edək ki, bu dəfə də belə olacaq.

Tarix
2019.05.04 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla