Yuxarı

Millət vəkili: Gürcüstanın torpaq iddiaları ağrılıdır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: Gürcüstanın torpaq iddiaları ağrılıdır - Video

Bir neçə gün öncə azərbaycanlı sərhədçilərin Keşikçidağ monastrına gedən yolu bağlaması sərhədlərin delimitasiyası məsələsini yenidən gündəmə gətirib.

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, Azərbaycanla Gürcüstan arasında ümumi sərhədlər üzrə razılıq əldə edilməsi iki ölkə arasında dostluq münasibətlərini gücləndirəcək və mövcud olan problemləri aradan qaldıracaq. Gürcüstanın daxili işlər naziri və bir neçə başqa dövlət rəsmiləri isə Keşikçidağ məbədinin gürcülərə məxsus olduğunu iddia edərək delimitasiya zamanı Azərbaycanın güzəşt etməsini istəyir.

Məsələ ilə bağlı millət vəkili Qənirə Paşayeva Real TV-yə müsahibə verib. Millət vəkilinin fikrinə görə, üzərində qədim tarixi mirasımız olan torpaqlarımız dəyərlidir və Gürcüstan bu məsələdə xətalı mövqe tutur. Yürüdülən kampaniya durdurulmazsa, bu məsələdən başqa mənalar çıxacaq. Bu iki ölkə arasında münasibətlərdə soyuqluq yarada bilər ki, bu da ilk növbədə Gürcüstan üçün zərərli ola bilər. Bu yanaşmalarda çox ehtiyatlı olmaq lazımdır.

“Keşikçidağla bağlı Gürcüstanın torpaq iddiaları ağrılıdır. Alban məbədlərinə gürcülərin iddiası bizim üçün ağrılı məsələdir. Bu bizim tariximizin bir parçasıdır və Azərbaycan təbii ki, Qafqaz Albaniyası tarixinə, Alban məbədlərinə, bizim o dövrün tarixi abidələrinə ciddi şəkildə sahiblənir.

Bu məsələnin heç bir tarixi əsası yoxdur və yolverilməzdir. Mən düşünürəm ki, bizim alimlərimiz, tarixçilərimiz dəyirmi masa keçirməlidirlər və faktlarla cavablar verilməlidir. Çünki bu yanaşmanın nə tarixi, nə də bu günə dayalı əsası var. Məsələnin daha çox siyasi məsələ olmasına gəlincə, hansı abidələrin kimlərinsə nəzarətinə keçməsindən söhbət gedirsə, gürcülər düşünməlidir. Biz də Gürcüstan ərazisindəki bir çox abidələrimizə iddia qaldıra bilərik. Lakin biz bu məsələlərə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində yanaşmalıyıq".

Tarix
2019.05.04 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla