Yuxarı

AKP səhv etdi: İmamoğluna yaşıl işıq? – Özərdən şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrini ləğv edib. Təkrar seçkilər 23 iyunda keçiriləcək.

Sözügedən məsələ ilə türkiyəli siyasi ekspert Engin Özərin Axar.az-a müsahibəsini təqdim edirik:

– Mayın 6-da İstanbulda yaşanan hadisə ən az Türkiyədəki qardaşlarımız qədər bizi də həyəcanlandırdı. İstanbulda nə baş verir?

– Türkiyə seçki qanunları bir az fərqlidir. Türkiyədə seçki nəticələrinə etiraz deyə bir anlayış yoxdur, Türkiyədə etibarsız sayılan səslərə etiraz anlayışı var. Türkiyə qanunlarına əsasən, “seçki nəticələri düzgün hesablanmayıb” deyə, etiraz etmək olmaz. Yalnız etibarsız səslərə qarşı çıxmaq olar. İstanbulda da çox ciddi rəqəmlə, yanılmıramsa, 198 min etibarsız səs var idi. Ədalət və İnkişaf Partiyası məhz buna etiraz etdi.

Əkrəm İmamoğlu və Binəli Yıldırım arasındakı fərq 27 minə yaxın idi. Təkrar sayımda məlum oldu ki, Binəli İldırıma verilən 14 minə yaxın səs etibarsız olmadığı halda, sayılmayıbmış.

Yəni hiylə və ya hər hansı bir yolla 14 min səs silinib. Bunu iki tərəf də qəbul edir. Və 14 min səs seçkilərin yenidən keçirilməsi üçün olduqca ciddi rəqəmdir.

– Prezident Rəcəb Tayyib Ərdoğanın seçki prosesinin başa çatdığını elan etməsi və “seçki arxada qaldı, indi Türkiyə ittifaqı lazımdır” sözlərindən sonra belə bir hadisənin yaşanması necə başa düşülməlidir?

– Cənab Prezidentin “seçki bitdi” deməsindən sonra bu halın yaşanması tamamilə Türkiyə seçki qanunları və Ali Seçki Qurumu ilə bağlı olan bir məsələdir. Yəni siz Ali Seçki Qurumuna ancaq etibarsız səslərin yoxlanılması tələbi ilə müraciət edə bilərsiniz.

Amma seçki nəticələrinin ləğvini idarə etmə sənədlərini əldə etdikdən sonra bələdiyyə sədrinə etiraz etmək hüququnuz olur. Proses belədir. Buna görə də İmamoğlunun təyinatı gözlənildi. Bundan sonra məhkəməyə müraciət olundu. Bəli, bəlkə də AKP belə etməməli idi. Burda bir problemin olduğu qanunla da açıq-aşkar görünür. Bu Türkiyədə böyük bir gərginliyə səbəb olacaq.

– Son 50 ildə Türkiyə seçki təcrübəsində İstanbul və ya Ankara böyüşəhər bələdiyyə seçkisinin nəticəsi ləğv olunubmu?

– Xeyr, son illərdə belə bir hadisəylə rastlaşmamışıq. Amma bu qədər də bir-birinə yaxın nəticələrlə də rastlaşmamışıq (CHP namizədi Əkrəm İmamoğlu və AKP namizədi Binəli Yıldırımın aldığı səslər nəzərdə tutulur – red.) Eyni zamanda, Türkiyədə bu qədər siyasi qütbləşmə də son illərdə yaşanmamışdı. Açıq danışmaq lazım gələrsə, baş verənlərdə hər iki tərəfin günahı var. İki tərəf də eyni metodlardan istifadə edir. Böyük bir ehtimal ki, CHP seçkiləri boykot edəcək və bu işi bir az da mürəkkəbləşdirəcək.

– Seçki nəticələrinin ləğvi gələcəkdə seçkilərin ləğvi presedentini meydana gətirə bilərmi?

– Seçki nəticələrinə, bəlkə də ciddi müdaxilə edilib, amma bunu artıq ortaya çıxarmaq mümkün olmayacaq. Bu mövzu bağlandı. Əlbəttə ki, bunların yaşanması Türkiyə demokratiya tarixi baxımından yaxşı olmadı. Ən azından 14 min səsin bilərəkdən və ya bilməyərəkdən oğurlandığını bu gün dəqiq bilirik. Hökumətin təzyiqi olduğunu da bilirik. İki tərəfin də mövqeyi doğru deyil. Bundan sonra CHP seçkiləri boykot edərsə, vətəndaşlar arasında çox ciddi bir gərginlik yaranacaq. Bu prosesin sonunda Əkrəm İmamoğlu CHP-nin partiya başqanlığına keçəcək. Önümüzdəki seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyindən şübhəniz olmasın. Rəcəb Tayyib Ərdoğanın 2002-ci ildən öncəki hadisələrlə həbs olunması, hüquqlarının əlindən alınması və sair kimi zərərçəkmiş qismində necə hakimiyyətə gəldisə, eyni metodları indi CHP sistemli bir şəkildə AKP-ə qarşı istifadə edir. Bilavasitə, bu istiqamətdə uğur qazanması mümkündür. Amma mən məsələyə tərəfsiz baxıram. Türkiyədəki ayrılma, qütbləşmənin get-gedə artmaqda olması heç də yaxşı hal deyil. Bunun axırı yaxşı qurtarmayacaq. Prezident Ərdoğan ötən günlərdə Türkiyə ittifaqından söz açdı. Nədir o? Onunla bağlı bir açıqlama etsəydi, yaxşı olardı. Elə, ya belə, bu iş prestij məsələsinə çevrilməməlidir. Yenə də təkrar edirəm ki, zərərçəkmiş qismində görünmək üçün CHP-nin seçkiləri boykot edəcəyini düşünürəm. Bununla da Əkrəm İmamoğlu siyasətdə irəliləməyə müvəffəq olacaq.

Tarix
2019.05.07 / 12:35
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla