Yuxarı

Nazir tapşırıq verdi: popkorn satan oğlana iş veriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:18

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun Azneft meydanında yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etirazlara münasibət bildirib.

Axar.az xəbər verir ki, millət vəkili bu barədə Feysbuk hesabında qeyd edib. O, məsələdən çox təsirləndiyini bildirib:

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”.

***

"Azneft" meydanındakı yeraltı keçiddə popkorn satan oğlanın kimliyi məlum olub.

Bu barədə deputat Aydın Mirəzazadə məlumat verib.

"İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi. O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır.

Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklif ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək", - A.Mirzəzadə əlavə edib.

Qeyd edək ki, deputat Rasim Musabəyov Kukla Teatrının qarşısındakı yeraltı keçiddə bir yeniyetmənin popkorn satmasına etiraz edib və öz etirazını yeniyetmənin işlədiyi dəzgahda dövlətin elektrik enerjisinin oğurlanması, ətrafa partlamış qarğıdalı qoxusu yayılması, vergilərdən yayınma halı ilə izah edib.

Bundan sonra yeniyetmənin səyyar satış aparatı ordan yığışdırılıb.

Tarix
2019.05.09 / 13:54
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla