Yuxarı

2014-də hansı məşhurlarımızla vidalaşdıq - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il həm qazandıqlarımız, həm də itirdiklərimizlə yadda qaldı. İtirdiklərimiz arasında bu il vəfat etmiş bir sıra tanınmış şəxslər də var.

Axar.az müxtəlif peşə sahələrinə məxsus dünyasını dəyişən şəxslərin siyahısını təqdim edir.

1. Ağır xəstəlikdən əziyyət çəkən Musiqili Teatrın aktrisası, Əməkdar artist Xanım Qafarova iyulun 11-i günorta saatlarında vəfat edib. Süd vəzi xərçəngindən əziyyət çəkən 1967-ci il təvəllüdlü X.Qafarova Bakıdakı Kürdəxanı qəbiristanlığında dəfn olunub. Mərhum aktrisanın bir qız övladı qalıb.

2. Azərbaycanın məşhur futbolçularından biri olan Ələkbər Məmmədov 84 yaşında dünyasını dəyişib. Onun meyiti üç gün sonra mənzilində aşkar edilib. Qeyd edək ki, o, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası", 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqiçisi" fəxri adına layiq görülüb.

3. Azərbaycanın Əməkdar artisti Məhəbbət Kazımov yanvarın 27-də epilepsiya nəticəsində dünyasını dəyişib. Sənətçi Xırdalan qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində müğənnini izdiham son məkana yola salıb. Qeyd edək ki, sənətçi şəkər xəstəliyindən əziyyət çəkirdi.

4. Bu ilin ən məşhur ölüm olayı isə yol qəzasına düşən reper Hüseyn Dərya ilə bağlı oldu. Martın 14-də Bakının Xəzər rayonunda Hüseyn Dəryanın idarə etdiyi avtomobil "KamAZ" markalı maşınla toqquşdu. Qəzada ağır xəsarət alan Hüseyn Dərya Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildi. O, martın 15-də 3 saylı klinik xəstəxanada dünyasını dəyişdi.

5. Azərbaycanın məşhur aktyoru Ələddin Abbasov iyulun 13-də vəfat edib. 92 yaşında dünyasını dəyişən aktyor son vaxtlar ayaq ağrılarından əziyyət çəkir və yeriyə bilmirdi. Bildirək ki, sevilən aktyor sənət uğurlarına görə, Azərbaycan Respublikasının Əməkdar artisti (20 may 1958) və Xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sair bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

6. İstedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu 27 yaşlı Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Uzun müddət müalicə alan qrossmeyster Almaniyanın Heydelberq klinikasında vəfat edib.

Tarix
2014.12.10 / 22:12
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla