Yuxarı

“Sevil massivi”nin qurbanları pul ala bilmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sevil massivi”nin qurbanları pul ala bilmir

"Sevil massivi" MTK-dan mülk alanların yalnız 300 nəfərinə dəymiş ziyan ödənilib.

Axar.az-a verilən məlumata görə, qalan 2700 payçı hələ də dəyən ziyanı geri qaytara bilməyib. Vətəndaşlara aldıqları həyətyanı sahə, evə görə dəymiş kompensasiya ödənilmir. Payçılar aylardır yaranmış qeyri-müəyyən vəziyyətə nə zaman son qoyulacağını gözləyirlər.

Zərərçəkənlərin sözlərinə görə, zərəri ödənənlər əsasən yaşayış binasından ev almaq üçün ödəniş edənlərdir.

İkiqat zərər çəkənlər isə MTK-dan torpaq sahəsi alıb öz hesablarına fərdi yaşayış evi tikənlərdir. Onlara deyilib ki, tikdikləri evlərin məbləği müəyyən ediləndən sonra pul ödəniləcək. Ancaq bu zərərin hesablanması yekunlaşmayıb.

Hazırda evlərin qiymətləndirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qrup yaradılıb. Qrup vətəndaşlara ödəniləcək məbləği müəyyən etdikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən zərərçəkmişlərin vəsaiti geri qaytarılacaq.

Xatırladaq ki, hazırda "Sevil massivi" MTK-da tikinti və satış işləri dayandırılıb. Eyni zamanda, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməklə istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam etdirilir.

Tarix
2014.12.11 / 14:57
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla