Yuxarı

Aİ komissarı Azərbaycanı nümunə göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sahələrdə qonşularımız hətta Aİ ölkələrindən belə irəli gedib. Məsələn, şirkət yaratmağın tez başa gəlməsində. Bakıda bir neçə dəqiqə ərzində internet vasitəsilə şirkət açmaq mümkün olduğu bir mərkəzdə olmuşdum. Halbuki bəzi Aİ ölkələrində belə şey hələ də yoxdur.

Report xəbər verir ki, bunu Brüsseldə media üçün keçirilən dəyirmi masada Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Xan bildirib.

"Şərq Tərəfdaşlığı" proqramının ötən 10 il ərzində həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışan komissar həmin illər ərzində proqramın iştirakçı ölkələri - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən kiçik və orta biznesin, rəqəmli iqtisadiyyatın inkişafı üçün addımlar atıldığını qeyd edib.

"Şərq Tərəfdaşlığı" ölkələri üçün rouminq haqqının ləğv olunması məsələsini araşdırdıqlarını diqqətə çatdıran Aİ rəsmisi sosial əməkdaşlıq çərçivəsində Tbilisi şəhərində ilk Avropa Məktəbinin açıldığını xatırladıb. Bundan əlavə, uğurla həyata keçirilən “Erasmus+” təhsil proqramından "Şərq Tərəfdaşlığı" ölkələrindən daha çox gəncin faydalanması üçün maliyyənin artırılmasının təklif olunduğu bildirilib.

“Enerji səmərəsinə gəlincə, son bir-iki ildə gündəmə daxil olan bu məsələ getdikcə daha çox əhəmiyyət kəsb edəcək. Təkcə iqlim dəyişikliyilə bağlı yox, həm də siyasi amillərlə bağlı, kənar tədarükçülərdən asılı olmamaq üçün”, - Y.Xan qeyd edib.

Tarix
2019.05.13 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla