Yuxarı

Türkiyə ilə kim vuruşacaq: hələ Bakı var... - Keçmiş nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Aralıq dənizidə Türkiyənin kəşfiyyat-axtarış işlərini dayandıracaq bir ölkə yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan oyunu ağıllı oynayır. Türkiyəni kim dayandıra bilər ki? Bizim üçün hansı donanma Türkiyə ilə döyüşəcək?

Publika.az xəbər verir ki, bunu Kipr adasının yunan hissəsinin keçmiş xarici işlər naziri Nikos Rolandis bildirib.

Keçmiş nazir 17 fevral 2003-cü ildə Misirlə imzaladığı təbii qaz anlaşmasını xatırladıb.

“Misir ilə müqavilə imzalandıqdan sonra adaya qayıdırdıq. Dönəmin yunan rəhbərliyinin lideri Glafkos Klerides mənə, “'Niko, indi imzaladığın bu müqaviləni ofisindəki kassaya qoy və bağla, çünki Kipr problemi həll olunmayana qədər heç bir şey ola bilməz” - dedi. Kipr probleminin həll edilmədiyini mən də gördüyüm üçün Kleridesin fikirlərini dəstəklədim”, - o deyib.

O, Türkiyə ilə gərginliyin artmasının özlərinə bir fayda gətirməyəcəyini dilə gətirib.

“Son nöqtəyə gəlsək, gəlib sənin üçün döyüşəcək ölkə yoxdur. Böyük problemlərin varsa, hər zaman təksən. Ərdoğanın başında olduğu Türkiyənin asanlıqla uzlaşa biləcək bir ölkə olmadığına inanıram. Ərdoğan əvvəlcədən hesablanacaq adam deyil, təhlükəlidir, bunu hər kəsə Afrində göstərmişdir. Suriyaya girdi və demək olar ki, istədiyini edir. Ərdoğan Rusiya istiqamətində də hərəkət edərək oyunu ağıllı oynadı. Çox dəyərli bir müttəfiq əldə etdi. Hazırda avadanlıq, enerji satır, nüvə stansiyası inşa edir, bunlardan sonra nələr olacaq, bilmirəm. Türkiyə illərdən bəri Rusiyadan elektrik enerjisi satın alır. Yanımızda gələcəkdə bizə çox ciddi problemlər çıxara biləcək bir ittifaq - Rusya-Türkiyə-İran ittifaqı qurulub".

Onun sözlərinə görə, peşəkar heyət tapa bilməyəcəyi üçün Türkiyənin kəşfiyyat-axtarış işləri aparmaq gücündə olmadığını düşünürdülər.

“Azərbaycan var, hazırda İranla müttəfiqdirlər, bunlar neft sahəsində ən yaxşı mütəxəssislərdir. 80 milyonluq ölkə olduğunu və Orta Asiyadakı daha 80 milyona nəzarət etdiyini unutmayaq. Oraya getdim və Türkiyənin nələr etdiyini gördüm. Bunlar Qərb üçün neftlə zəngin çox qiymətli ölkələrdir. Türkiyəni heç kim güc olaraq məhəl qoymayacağı türk mərkəzli Asiya bütününün tərkib hissəsi sayırlar. İndi buna Rusiya və İranla ittifaqlar da əlavə olundu. Xarici siyasətimizi müəyyənləşdirərkən doğru analizlər aparmalıyıq, asan şeylər deyil”, - keçmiş nazir qeyd edib.

Tarix
2019.05.13 / 22:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla