Yuxarı

Emin Milli üzr istədi, dəstək gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP İdarə Heyəti Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəməsini təqdir etdiyini bildirib və eyni üslubu sərgiləyən digərlərini Emin Millidən nümunə götürməyə çağırıb.

BAXCP İdarə Heyətinin Axar.az-a daxil olan açıqlamasında qeyd olunur ki, cəmiyyəti inkişafa aparan yol nifrətdən, aqressiyadan deyil, sağlam tənqiddən və təhlildən, diskussiya və dialoq mədəniyyətindən, qarşılıqlı hörmətdən keçir:

“Hesab edirik ki, hazırda cəmiyyətin diqqəti ölkəmizdə həyata keçirilən islahatların dərinləşməsi prosesinin fəal müdafiə olunmasına və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yönəldilməlidir”.

BAXCP İdarə Heyəti, həmçinin Emin Millinin “Nifrətə qalib gələk!” çağırışına dəstək verdiyini bəyan edib.

Qeyd edək ki, Emin Milli başda Prezident İlham Əliyev olmaqla, hər kəsdən “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəyib və “Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var” deyib.

Tarix
2019.05.13 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla