Yuxarı

Paşinyan Çinə İrəvanın nəyini təklif edəcək? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan çalışır ki, ağır iqtisadi vəziyyətdə olan Ermənistana əlavə investisiya cəlb etsin.

Bu sözləri Axar.az-a Nikol Paşinyanın Pekin səfərinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Paşinyanın məqsədi Çini investisiya layihələrini Azərbaycan və Gürcüstanda deyil, Ermənistanda həyata keçirməyə razı salmaqdır:

“2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş strateji investisiya proqramı var. Həmin proqramda Çin bir neçə bölgəni özünün strateji maraqları çərçivəsinə daxil edib. Çin əvvəllər daha çox Afrika və Asiya ölkələrində aktiv idi. Bu ildən Latın Amerikasında və Qafqazda, həmçinin Türkiyə ərazisində investisiya layihələrinin artırılması ilə bağlı yeni strateji yol xəritəsi hazırlayıb. Gürcüstan artıq bundan bəhrələnməyə başlayıb, iki ölkə arasında uzunmüddətli investisiya müqavilələri bağlanıb. Yaxın 5 ildə Gürcüstana təqribən 8 milyard dollara yaxın investisiya qoyulacağı gözlənilir. Bu, layihələrdən kənarda qalan və iqtisadi vəziyyəti çox ağır olan Ermənistanı çox narahat edir. Xüsusilə Azərbaycanın iştirakçısı olduğu bütün layihələrdən kənarda qaldığı üçün özünə yeni investisiya mənbələri axtarır. Paşinyanın Çinə səfərinin məqsədi də elə budur: Çin investisiyalarını ölkəsinə dəvət etmək və Pekinin İrəvana sərmayə yatırması üçün daha əlverişli şərtlər təklif etmək. Lakin Çinin bazarı çox kiçik, əhalisi az və ən əsası işğalçı siyasət yürüdən bir ölkəyə investisiya qoyacağı heç inandırıcı deyil. Ümumiyyətlə, İrəvanın cəlbedici, maraq doğuran təkliflər edə bilməsi üçün heç nəyi yoxdur”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşiyanın sabah Çinə gedəcəyi bildirilib.

Tarix
2019.05.14 / 09:18
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla