Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Avqust 2019


Brüssel-Bakı sazişi niyə imzalanmadı? - Təhlil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk başda Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı olan Polşa və İsveç keçmiş SSRİ respublikalarının Arvopa ilə daha sıx inteqrasiyasını və Rusiyanın təsirindən uzaq durmasını qarşılarına məqsəd qoymuşdular.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yubiley toplantısı barədə təhlilində əksini tapıb. Təhlildə 10 ildə Şərq Tərəfdaşlığı proqramının fərqli formatlara keçdiyi bildirilib:

“Avropa İttifaqı (Aİ) bəzi dövlətlərlə assosiativ sazişlər imzaladı (bu saziş Ukraynada “Maydan” hadisələrinə səbəb oldu ki, nəticədə Rusiya Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yarandı), digərləri, o cümlədən Azərbaycanla fərqli saziş üzərində çalışmalar başladı. Çünki, Azərbaycan o biri dövlətlərdən fərqli olaraq həm də Avopanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı”.

Mərkəzin təhlilində Aİ ölkələrinin və Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr edilmiş yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmamasının Azərbaycanın maraqlarına uyğun olmadığı qeyd edilib:

“Birincisi, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn, Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək, Avropa Komissarlığı ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Bunun nəticəsində Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina etdi. Etiraza baxmayaraq, bəyannamənin mətni dəyişdirilməyib və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqerini imzalayıb.

İkincisi, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker

Şərq Tərəfdaşlığı proqramının 10 illiyinə həsr olunmuş yüksək səviyyəli konfransın açılışında özü deyib ki, dondurulmuş münaqişələrin həlli Avropa üçün prioritet məsələlərdəndir. Demək, əvvəlcədən bəyannamə ilə tanış olan Yunkerin öz prinsiplərini əsas tutaraq ərazi bütövlüyü bəndinə lazımınca diqqət yetirməli idi. Ərazi bütövlüyü prinsipi vurğulanmadan Yunkerin dediyi kimi “Avropanın sülh içində olması mühümdür” yanaşmasının reallaşması mümkün deyil.

Üçüncüsü, Gürcüstan və Ukraynanın mövqeyi maraq doğurur. Gələn xəbərlərə görə, bu iki ölkənin nümayəndə heyəti ərazi bütövlüyünün bəyannaməyə salınmasında Azərbaycan nümayəndə heyəti qədər israrlı olmayıb. Ukrayna və Gürcüstan bəyannamədə Şərq Tərəfdaşlığının əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər. Onları əsas narahat edən məsələ sənəddə Brüssel tərəfindən Şərq Tərəfaşlığına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səylərinin tanınmaması olub. Açıq demək lazımdır ki, bu bənd də Azərbaycanı az narahat edir. Çünki, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoymayıb.

Dördüncüsü, Rumınya hazırda Aİ-yə rəhbərliyi həyata keçirir. Azərbaycanın Avropa ölkələri arasında stateji tərəfdaşlıq qurduğu ölkələrdən biri də Rumınyadır. İki ölkə arasında strateji saziş imzalanıb. Bu baxımdan Rumınyanın bəyannamənin mətninə təsir imkanı olduğu halda ərazi bütövlüyü məsələsinə həssas yanaşmaması sual doğurur.

Əlbəttə, ərazi bütövlüyü ilə bağlı bəyannamələrin, bəndlərin qəbulu bizim üçün vacibdir, ancaq həmin bəndi vurğulayan qətnamələr belə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Yəni bu məsələni faciəyə də çevirməyə ehtiyac yoxdur”.

Mərkəzin hesabatında bu hadisəyə baxmayaraq, Azərbaycanla Aİ arasındakı münasibətlərdə gərginlik gözlənilmədiyi bildirilib:

“Azərbaycan rəsmilərinin də söylədikləri kimi, Aİ ölkələri Azərbaycanın əsas tərəfdaşları arasında yer alıb. Azərbaycanın ticarət apardığı ölkələr sırasında da Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqda olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır.

Brüssel görüşü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevrilsə də, aylardır əsas mövzu Aİ-Azərbaycan arasında strateji sazişin imzalanmasıdır. Ancaq narahat olmağa dəyməz. Saziş üzərində son tamamlama çalışmaları gedir və Şərq Tərəfdaşlığı proqramını bəyannaməsindən fərqli olaraq sazişdə Azərbaycanın ərazi bütövlüyü vurğulanacaq”.

Tarix
2019.05.14 / 17:42
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Ekspert “Relaks”la bağlı şok faktı açıqladı: 10 qəpik... - Video

Deputatın oğlunu neçə il həbs gözləyir? – Şok

Müğənnidən möhtəşəm addım: Təhsil haqqını mən verəcəm

Xəzərin dibi ilə boru bu iki ölkəni narahat edir - Şərh

Bakı və Tiflis arasında növbəti Keşikçidağ müzakirəsi

Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama

Şok faktlar: “Qazıyev dedi ki, Aparatı bombalatdıracaq” - Video

Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?

ABŞ seçim qarşısında: münaqişədə kimi seçəcək?

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla