Yuxarı

"Bakı Tiflisə təzyiqlə Qafqazı idarə edə bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakı Tiflisə təzyiqlə Qafqazı idarə edə bilər"

"Gürcüstanın əsas idarəsi Bidzina İvanişvili və onun strateji postlara yerləşdirdiyi komandasının əlindədir".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib:

"Bu gün mövcud olan Gürcüstan siyasi hakimiyyəti ölkənin idarəçiliyində və strateji qərarların qəbulunda rol oynamır. Gürcüstan hökumətinin durumunu analiz etdiyimizdə görürük ki, baş nazir və prezident sadəcə protokol daxili işləri görürlər. Gürcüstanın əsas idarəsi Bidzina İvanişvili və onun strateji postlara yerləşdirdiyi komandasının əlindədir. Lakin artıq gürcü xalqı da gedən prosesləri görür, analiz edir və yaxın gələcəkdə baş verə biləcək təhlükələri hiss edir. Moskva İvanişvili hakimiyyətinin bu gedişlə çox da tab gətirməyəcəyini bilərək mümkün formada tezliklə əlaqələrin bərpasına və tərəfdaşlıq münasibətlərini yüksək bir siyasi müstəviyə daşımaq istəyir. Rusiya üçün Gürcüstan Cənubi Qafqazın böyük koridorudur. Bu koridoru itirmək Rusiya üçün qəbulolunmazdır. Buna görə də bu gün bütün danışıqlar və əlaqələr bu müstəvidə aparılır. Düşünürəm ki, əgər Bakı Gürcüstanı siyasi olaraq basqı altında tutarsa, o zaman Tiflis Azərbaycanın icazəsi olmadan hər hansı strateji sənədə imza ata bilməz. Çünki Gürcüstanın imza atacağı strateji sənədlərdə Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələlər də mövcuddur. Rəsmi Bakı bundan istifadə edərək artıq regionda siyasi proseslərin idarəçiliyini birbaşa öz əlinə ala bilər".

Tarix
2014.12.12 / 09:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla