Yuxarı

Azərbaycanlı nazir müavini Belarusda təltif edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı nazir müavini Belarusda təltif edildi - Foto

Mayın 15-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tədbirə ev sahibliyi edən Belarus Respublikasının stendini ziyarət edib və bu ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko, eləcə də MSN-in stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradovic ilə görüşüb.

MSN-dən Axar.az-a bildiriblər ki, görüşlərdə ölkələrimiz arasında hərbi-texniki sahədəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nenad Miliradovic sərgidə MSN tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

Sərgidə nazir müavini Y.Musayev Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubiley medalı ilə təltif olunub.

Tarix
2019.05.15 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla