"Rusiya-Qərb qarşıdurmasında
Kremlin uduzması qaçılmazdır".
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Natiq Cəfərov
öz Feysbuk səhifəsində çıxış edib.
O, başımıza gələn bütün tarixi bəlaların Rusiyadan
qaynaqlandığını bildirib:
"Bütün TV kanallar son günlər Qərbi, ABŞ-ı, Avropanı quru yuyub,
yaş sərirlər. Əlbəttə ki, Qərbin atdığı bəzi addımlar, tutduğu
mövqe tənqidlərə, analizlərə layiqdir. Amma nədənsə Rusiya
haqqında, Kreml haqqında bir kəlmə də danışmırlar. Sankı
Türkmənçay, Gülüstan müqavilələrini Çar Rusiyası bağlamayıb, sanki
1905-ci ildə türk-müsəlman qırğınlarını Çar Rusiyası təşkil
etməyib, sanki 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda qətlləri
bolşevik Rusiyası etməyib, sanki 1920-ci ildə qürurumuz olan ADR-i
bolşevik Rusiyası işğal etməyib, sanki 1937-ci ildə 27 min
ziyalimizi Sovet Rusiyası güllələməyib, sürgün etməyib, sanki
1990-cı ildə sovet-rus qoşunları Bakıda dinc əhalini qətl etməyib,
sanki Xocalıda soydaşlarımızı Sovet Rusiyasının 366-cı alayı
öldürməyib, sanki Qarabağımızı bir ovuc erməni dığasının işğal
etməsinə, 20 il işğalda saxlamasına Rusiya şərait və dəstək
saxlamayıb – sanki bütün tarixi faciələrimizi Rusiya deyil də, Qərb
edib".
Ekspert Rusiya-Qərb qarşıdurmasında Kremlin uduzmasının qaçılmaz
olduğunu, bunun zamanla həllini tapacağını və uduzanın tərəfində
yer almağın millətə ziyan verəcəyini bildirib:
"Mərhum H.Əliyev bir dəfə söyləmişdi ki, indi Politbüro
Brüsseldədir, Vaşinqtondadır. Dünyanın necə inkişaf etməsini,
tərəqqinin harada olmasını o insan gözəl bilirdi. Bu gün baş
verənləri gördükdə tam səmimiyyətlə deyirəm: Allah sənə qəni-qəni
rəhmət eləsin, Heydər Əliyev..."