Yuxarı

"Qarabağ probleminin uzunmüddətli həlli yolu tapılmazsa..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ probleminin uzunmüddətli həlli yolu tapılmazsa, münaqişənin yeni güclə şiddətlənəcəyi təhlükəsi var.

Bunu Trend ə Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutunun baş tədqiqatçısı Neyl Melvin Avropa Parlamentində Gənc Liderlərin Forumunda deyib.

N.Melvin etiraf edib ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına az diqqət yetirir və Ukrayna böhranının həllinin axtarışı məsələsində daha aktiv mövqe tutur.

O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi yarananda Aİ-nin ümumi xarici mövqeyi və vasitəçilik etmək üçün lazımi vəziyyətdə olmayıb.

N.Melvinin sözlərinə görə, hazırda Aİ-nin münaqişələrin həll edilməsi üçün resursları var, lakin bu məsələdə hələ də siyasi strategiyası və kompleks yanaşması yoxdur: "Aİ üzv ölkələrinin bir sıra əsas sahələrdə nə etməklə bağlı ideyalarda konsensusunu əldə etməyib. Hətta Ukrayna böhranı məsələsində sanksiyalar tətbiq etməklə bağlı razılaşsalar da, sanksiyalardan başqa Rusiya ilə gələcək əlaqələrin ümumi strategiyası yoxdur".

Aİ-nin digər münaqişələrin həlli üzrə danışıqlar prosesinə cəlb edilməsinə gəlincə, ekspert bildirib ki, əvvəlcə Avropa İttifaqının Ukrayna böhranının həll edilməsi məsələsində birgə işləyə bilib-bilməyəcəyinə baxmaq lazımdır: "Əgər Aİ vasitəçilik rolunu üzərinə götürərsə, İttifaq münaqişəyə cəlb olunmuş ölkələrin daxili siyasətinə təsir etməli olacaq. Ukraynadakı rus cəmiyyətləri ilə bağlı hadisələr göstərdi ki, Aİ bu sahədə vəziyyətə nəzarət etməlidir".

N.Melvin əlavə edib ki, ümumilikdə Aİ vasitəçiliyi üzərinə götürərsə, regiondakı vəziyyətlə bağlı yanaşma müəyyənləşdirməlidir.

Tarix
2014.12.12 / 19:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla