Yuxarı

Bakı meriyası hərəkətə keçir - Sərt cəza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı meriyası hərəkətə keçir - Sərt cəza

Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda genişmiqyaslı reydlərə hazırlaşır.

Axar.az-ın əldə etdiyi məlumata görə, daha çox geyim mağazalarında rast gəlinən yalançı və müştəriləri aldadan endirim kampaniyası keçirənlərə qarşı ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, addımbaşı diqqətimizi çəkən endirim elanlarının dürüstlüyü hər zaman mübahisəli olur. Bəzən 30-35, maksimum 50-60, hətta 70 faizlik endirim aksiyaları aparıldığı elan edilsə də, həmin endirimlərin ya "bir markaya", ya da ölçüsü olmayan və yaxud ötən mövsümün mallarına tətbiq edildiyinin şahidi oluruq.

Bu səbəbdən adıçəkilən qurumlara gələn çoxsaylı şikayətlər nəticəsində belə bir addımın atılması və genişmiqyaslı monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Metro ticarəti yığışdırıldıqdan sonra paytaxtda fəaliyyət göstərən mağazalar ələ düşən bu fürsətdən bacardıqca yararlanmağa çalışır. Yeni ilin gəlişi və digər adla gözbərəldən reklamlar bundan sonra xüsusi icazə əsasında aparılacaq.

Ekspertlər isə saxta endirim kampaniyalarının istehlakçıların hüquqlarını pozmaq anlamına gəldiyini bildirir. Məsələ ilə bağlı sözügedən qurumlara verilən təkliflər əsasında endirimlərə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericilikdə dəyişiklik də gözlənilir.

Tarix
2014.12.13 / 08:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla