Yuxarı

Poroşenkonun yeni prezidentə ilk zərbəsi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada son günlərdə 3 önəmli hadisə baş verib. Birincisi, məşhur oliqarx İqor Kolomoyski bir neçə illik sürgündən sonra Ukraynaya qayıdıb. İkincisi, müğənni Svyatoslav Varakçuk siyasətə qaytıdığını və “Səs” adlı partiyası ilə parlament seçkisinə qatılacağını bəyan edib. Üçüncüsü, hazırki Prezident Vladimir Zelenski vaxtından əvvəl parlamenti buraxa bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Kolomoyskini ölkədən keçmiş prezident Pyotr Poroşenko qovmuşdu və onun bankını milliləşdirmişdi:

“Çünki Kolomoyski o biri oliqarxlardan fərqli olaraq siyasətin içində olmaq istəyir, hakimiyyətin siyasətini sabotaj edirdi. Poroşenko ona qapını göstərdi və Kolomoyski bir neçə il əvvəlcə İsveçrədəki villasında yaşadı, sonra isə pasportunu daşıdığı İsrailə köçdü. İndi isə Kolomoyskinin yenidən Kiyevə qayıtmasına heç nə mane olmurdu. Çünki Vladimir Zelenski Kolomoyskinin televiziya kanalında məşhurlaşmışdı. Buna görə də Kolomoyski düşünür ki, Zelenski onun layihəsidir və yeni prezident gələcək siyasətində onunla məsləhətləşəcək. Bunun belə olub-olmayacağını indidən söyləmək çətindir. Çünki Zelenski “Kolomoyskinin adamı” obrazından çıxmaq istəyir. Buna baxmayaraq, Kolomoyskinin xarakterini nəzərə alaraq, oliqarxın Ukraynada dinc dayanmayacağını söyləmək mümkündür”.

“Svyatoslav Vakarçukun siyasətə qayıdışı niyə bu qədər diqqət cəlb edir?” sualına cavab verən E.Şahinoğlu bildirib ki, Vakarçukun Ukraynada reytinqi yüksəkdir:

“Ukraynalı ekspertlərin ehtimallarına görə, əgər Vakarçuk prezident seçkisinə qatılsaydı, Zelenskinin ikinci turda rəqibi Poroşenko yox, məhz Vakarçuk olacaqdı. Ona görə də Vakarçukun yeni partiyası ilə siyasətə qayıdışı (keçmiş illərdə deputat olub, sonra mandatından imtina edib) Ukraynadakı bir sıra siyasi partiyaların planlarını pozub, yuxularına haram qatıb. Çünki Vakarçuk bir neçə partiyanın səslərini qoparacaq. Ukraynada parlament seçkisindən sonra qəribə situasiya yarana bilər. Prezident artist, baş nazir müğənni!”

Vladimir Zelenskinin prezident seçilən kimi parlamenti buraxa biləcəyini açıqlamasına diqqət şəkən politoloq qeyd edib ki, bunun üçün onun andiçmə mərasimi mayın 27-nə qədər keçirilməli idi:

“Çünki bu tarixdən sonra qanuna görə parlamenti buraxmaq mümkün deyildi. Parlamenti buraxmaq üçün qərar seçkidən 6 ay əvvəl verilməlidir. Prezidentin andiçməsi mayın 20-ə təyin olundu. Bu o demək idi ki, Zelenski parlamenti buraxa bilər. Vaxt da buna imkan verirdi. Zelenski parlamenti buraxıb erkən seçkidə partiyasının qələbəsini təmin edə bilərdi. Ancaq parlamentdəki hakim koalisiya bu dəfə də Zelenskinin planlarını pozdu. Xalq Cəbhəsi Partiyası Poroşenkonun Bloku ilə koalisiyadan çıxdığını bəyan etdi. Xalq Cəbhəsi Partiyası bunu ona görə etmədi ki, Poroşenkonun Bloku ilə fikir ayrılığı var. Məsələ burasındadır ki, qanuna görə, hakim koalisiya dağıldıqdan sonra 30 gün ərzində yeni koalisiya formalaşmalıdır. Bu müddətdən sonra isə qanuna görə artıq prezident parlamenti buraxa bilməyəcək. Çünki 30 gündən sonra prezidentin parlamenti buraxmaq üçün 6 aylıq müddət limiti bitmiş olacaq. Parlamentdəki aparıcı partiyalar hiyləgər gediş etdilər. Beləliklə, Ukraynada parlament seçkisi əvvəlcədən müəyyənləşdirdiyi tarixdə - oktyabrda keçiriləcək”

Tarix
2019.05.17 / 23:38
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla