Yuxarı

Lavrov: “Azərbaycan bizim üçün önəmlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov: “Azərbaycan bizim üçün önəmlidir”

"Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir. Ölkənin çox qısa zaman ərzində Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilməsi də bunun bariz nümunəsidir ".

APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi "Gələcək naminə dialoq" proqramının iştirakçıları ilə görüşündə bildirib.

Proqrama Azərbaycandan qatılan Litvanın Vytautas Magnus Universitinin diplomatiya üzrə magistrantı Fuad Şahbazovun Azərbaycan-Rusiya əlaqələri barədə sualına cavab verən rusiyalı nazir bildirib ki, Azərbaycan höküməti Qərb ölkələrinin bizə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqla hər iki ölkənin strateji tərəfdaş olduğunu əməldə də isbat etdi: "Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığımız sürətlə davam edir. Belə ki, biz Azərbaycanda yetişdirilən növbənöv meyvə-tərəvəzin Rusiya bazarlarına daşınmasında çox maraqlıyıq. Onu da qeyd edim ki, mən azərbaycan mətbəxinin çox böyük heyranıyam".

Qeyd edək ki, Aleksandr Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi "Gələcək naminə dialoq" layihəsində 20-dən artıq müxtəlif ölkənin təmsilçiləri iştirak edib. Layihə çərçivəsində Rusiya Federasiyasının bir sıra dövlət qurumlarına ziyarətlər təşkil edilib, dövlət nümayəndələri, nazirlər,politoloqlar, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçirilib.

Tarix
2014.12.13 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla