Yuxarı

Prezident Brüsseldə məhz bunu önə çəkdi - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin Brüsselə səfəri Azərbaycanın maraqlarını Avropaya bir daha çatdırdı, həmçinin bu səfər Strateji Tərəfdaşlıq sazişinin imzalanma prosesini daha da sürətləndirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı dünyada stabilliyin artmasında çox mühüm rol oynayır:

“Prezidentin Belçikanın paytaxtı Brüsseldə keçirilən Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş sammitdə iştirak etməsi təkcə Azərbaycanın deyil, dünyanın da diqqətini cəlb edib. Bu proqrama imza atan ölkələr içində ölkəmiz yeganə ölkədir ki, Avropadan ona heç nə lazım deyil. Digər ölkələr Avropa Birliyindən problemlərinin həllini və AB-nin onlara maddi yardım etməsini istəyir. Lakin Azərbaycan öz iqtisadiyyatını uğurla qura bilib və bu uğurlu siyasəti ilə AB-nin bərabərhüquqlu tərəfdaşına çevrilib”.

Millət vəkili Prezident İlham Əliyevin sammitdə Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunmasının önəmli olduğunu bildirib:

“Prezident İlham Əliyevin orada ölkəmizin ərazi bütövlüyünü önə çəkməsi xüsusi vurğulanmalıdır. Sammitdə Dağlıq Qarabağ probleminin dünya siyasətinin yenidən gündəminə gətirmək çox vacib bir məsələ idi. Bu onu göstərir ki, ölkə Prezidenti hər zaman bu məsələni diqqətdə saxlayır”.

Millət vəkili Prezidentin Avropa Birliyi Şurasının Prezidenti Donald Tuskla görüşünün əhəmiyyətindən də danışıb:

“Avropa Birliyi Şurasının Prezidenti Donald Tuskun Azərbaycan və Prezident İlham Əliyev haqında olan sözləri Avropanın ölkəmiz haqqında formalamış fikiridir. Azərbaycanın daxili və xarici siyasəti nəticəsində ölkəmiz uğurla inkişaf edir. Avropa Birliyi ölkəmizə Şərq və Qərb arasında möhkəm körpü kimi baxır. AB-nin Prezidenti Tuskun Azərbaycanı inkişaf edən, eyni zamanda, dünyanın inkişafına maraqlı Şərq ölkəsi kimi görməsi Azərbaycanın apardığı düzgün siyasətin göstəricisidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyəti mayın 13-də Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə iştirak edib.

Tarix
2019.05.18 / 14:37
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla