Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Sentyabr 2019


Mənsimovdan söyüşcül mühacirlərə kişilik dərsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə mühacir Orduxan Teymurxanın Azərbaycan Prezidentinin qaldığı otel və səfirliyimiz qarşısında etdiyi nalayiq hərəkətlər müxtəlif sferadan olan insanların etirazına səbəb olub. Siyasətlə məşğul olanlarla yanaşı elm adamları, ictimaiyyət nümayəndələri, ayrı-ayrı sənət adamları da məsələ ilə bağlı mövqelərini açıqlayıb, belə bir mübarizə metodunun yolverilməz olduğunu söyləyiblər. Məsələ ilə bağlı bir kəskin mövqe də iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan gəlib.

Axar.az xəbər verir ki, Mübariz Mənsimov “söyüşçül müxalifətçilər”ə bu sözlərlə dərs keçib:

“Mübarizədə əxlaq, ədəb və etik qaydalar olmazsa olmazdır. Məmurların özbaşınalıqlarını, dövləti soymalarını, ya da hər hansısa sahədəki siyasəti tənqid etmək hər bir vətəndaşın təbii haqqıdır. Ancaq söyüşlər, xüsusilə də ailə üzvlərinin, həyatdan köçmüş insanların təhqir olunması nəinki yolverilməzdir, çox çirkindir.

Mən hər zaman mübarizlikdən, haqqı nahaqqa verməməkdən, bir haqsızlıq varsa, ona qarşı sözünü deməkdən yana olmuşam. Ancaq son günlərdə izlədiyim bir sıra hadisə böyük təəssüf hissi keçirməyimə səbəb oldu. Siyasi mübarizə adı altında söyüşə üstünlük vermək, bu da yetmirmiş kimi, ailə üzvlərini təhqir etmək bizim mentalitetimizə sığmır.

Təəssüf ki, xaricdə yaşayan bəzi mühacirlər etik çərçivədən kənar, çox yanlış yolda addımlayırlar. Hər şeydən öncə biz azərbaycanlıyıq və “kişinin davası kişi ilə olar, ailəsi ilə deyil” prinsipini əsla unutmamalıyıq. Azad ölkədə yaşamaq heç kimə başqasını təhqir etmək imkanı vermir. Siyasi mübarizənin müxtəlif sivil yolları var, daha təhqir nəyə lazımdır?!

Bir daha deyirəm ki, siyasətlə məşğul olan hər kəs tənqid oluna bilər. Ancaq kiminsə qızı, həyat yoldaşı və ya atası-oğlu olması səbəbilə təhqirlərə məruz qalması yolverilməzdir.

Mənim qədər konkret ad çəkərək, məmurları tənqid edən çox az iş adamı var. Ancaq onların şəxsi mənfəətlərinə görə, dövləti hədəf seçdirmələri belə bizi əsl hədəfimizdən yayındırmır və yayındırmamalıdır. Dövlətimizi qorumaq, hansısa məmur səhv yoldadırsa, bunu bildirmək, hətta ən üst səviyyəni belə yanlışları varsa, tənqid etmək əslində ölkənin inkişafına xidmət edir. Ancaq söyüş mübarizəsi sadəcə və sadəcə düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur. Çalışaq Azərbaycana zərrə qədər də olsa zərər verməyək!..”

Tarix
2019.05.18 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Abutalıbovun 31 ildir işlədiyi ikinci vəzifəsi üzə çıxdı

Ərdoğan və Putin bir-birinə xəbərdarlıq etdi – Şərh

Rusiyanın yeni həmləsi: Erməni kilsəsi parçalanır

Səudiyyə teraktı: Rusiya xəbərdar olub, amma... – Sensasiya

Xələfov Lanqla danışdı: Əlaqələr genişləndirilir

Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir

Təkaltıda Azərbaycan-Türkiyənin bayraqları dalğalandı

Prezident dünya çempionatının açılış mərasimində

Baş kəşfiyyatçı Nikola bu sözləri deyib, istefa verdi

Bu, Azərbaycan üçün çox böyük göstəricidir - Əli Həsənov

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla