Yuxarı

Bu hesabat bəzilərinə ən gözəl cavabdır – Eks-nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Doing Business 2019" hesabatında ən çox islahat aparan ölkə kimi qeyd edilməsi beynəlxalq müstəvidə həmin informasiyanı alan hər bir tərəf üçün ciddi bir siqnaldır və Bakının uğurlarına qara yaxmaq istəyənlərə çox mötəbər cavabdır.

Bu sözləri Axar.az-a "Doing Business 2019" hesabatı barədə danışan professor, keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, Azərbaycan dünyada qabaqcıl islahatçı ölkə kimi tanınır:

“Son bir neçə ildə aparılan iqtisadi islahatlar nəticəsində əldə edilən uğurları Azərbaycandan məsafəcə çox uzaqda olanlar belə görür və yüksək qiymətləndirirlər. Yazıqlar olsun ki, ölkəmizin əldə etdiyi bu sevindirici nəticələri görmək istəməyənlər çox yaxında - öz içimizdə də var. Ancaq reallıq tam başqadır və bu reallıqları kimlərəsə biz diktə etmirik. Onları Azərbaycanla daha yaxından əlaqəsi olan, ölkəmizdə gedən islahatları öz gözləri ilə görən mötəbər beynəlxalq təşkilatların peşəkar mütəxəssisləri hazırlayırlar. Hazırda ölkə həyatının elə bir sahəsi yoxdur ki, o, islahatların əhatə dairəsindən kənarda qalsın. Azərbaycanda aparılan islahatları ən obyektiv qiymətləndirən son hesabat Dünya Bankının "Doing Business 2019" hesabatıdır. Artıq kütləvi informasiya vasitələrində Azərbaycanın apardığı islahatlara rəğmən bir il ərzində Dünya Bankının illik hesabatında 35 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması geniş müzakirə predmetinə çevrilib. Azərbaycanın MDB ölkələri arasında ən yüksək yerə layiq görülməsi heç də təsadüfi deyil. Ölkəmizdə aparılan islahatlar - xüsusilə 2015-ci ilin sonlarından, ölkədə post-neft dövrünün başlandığı elan edildikdən sonra reallaşdırılan islahatlar iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməyi hədəfləyib. Neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olub. Onlar hələ islahatların başlanğıc mərhələsində Azərbaycan hökumətinin bu addımlarını başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi olacaqlarını bəyan ediblər”.

Ekspert bildirib ki, Dünya Bankı ən nüfuzlu beynəlxalq maliyyə institutudur və onun hesabatlarını başqa təşkilatın rəyləri ilə müqayisə etmək olmaz. Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu doğru yolla inamla irəli aparır:

“Az qala bütün dünya ölkələrinin üzv olduğu ən mötəbər maliyyə institutunun rəsmi hesabatında Azərbaycanın 25-ci pilləyə yüksəlməsi və dünyanın bir sıra inkişaf etmiş ölkələrini belə geridə qoyaraq Almaniyadan sonrakı yerə layiq görülməsi çox mətləblərdən xəbər verir. Həmin hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Ermənistan 41-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Özbəkistan 76-cı sırada yer alıb. Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparan on ölkədən biri kimi MDB məkanında birinci yerdədir. Bu hesabat ölkəmizdə aparılan iqtisadi islahatlara verilən ən layiqli, ən əsası isə ən obyektiv qiymətdir”.

Fikrət Yusifov onu da qeyd edib ki, Dünya Bankının bu hesabatı bundan öncə Azərbaycanda aparılan iqtisadi islahatlara ikili standartlar prizmasından yanaşan və necə tərtib edilməsi bəlli olmayan reytinq təşkilatlarına ən tutarlı cavabdır:

“Dünya Bankı öz hesabatlarını haradansa, kimdənsə aldıqları, topladıqları məlumatlar əsasında deyil, bankın mütəxəssisləri tərəfindən ilkin mənbələrdən əldə edilən məlumatlar əsasında tərtib edir. Hesabatda ölkəmizin bank sistemində aparılan islahatlarla bağlı vurğulanan məqam da olduqca cəlbedicidir. Belə ki, kreditə əlçatanlığın təmin edilməsinə görə Azərbaycan dünyada 22-ci yerə layiq görülüb. Bu, kifayət qədər ciddi rəqəmdir və bank sistemimizdə aparılan islahatların uğurlu nəticələrdən xəbər verir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanda aparılan islahatlara verilən yüksək qiymət ölkəmizin dünya miqyasında həm siyasi-iqtisadi, həm də maliyyə müstəvisindəki çəkisinin kifayət qədər yüksəlməsinə səbəb olacaq. O da şübhə doğurmur ki, bu mötəbər reytinq təşkilatının növbəti hesabatında Azərbaycan daha yüksək pilləyə qalxacaq. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev bu günlərdə parlamentə 2019-cu ilin büdcə layihəsi ilə bərabər, ölkədə biznes mühitinin daha cəlbedici olmasını ehtiva edən vergi islahatları zərfini də təqdim edib. Bu islahatlar vergi subyektlərinə gələn ildən sanballı vergi güzəştləri və fəaliyyət üçün daha asan manevr imkanları nəzərdə tutur. Belə bir biznes mühiti isə öz növbəsində ölkə iqtisadiyyatına yerli və xarici investorların daha böyük yatırımlar etməsinə səbəb olacaq”.

Qeyd edək ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan 35 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb.

Tarix
2019.05.19 / 10:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla