Yuxarı

Heydər Əliyev bizə toy məclisi təşkil etdi - Sinyavskaya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Birinci kanalının “Eksklüziv” verilişi Müslüm Maqomayevə həsr edilib.

Kult.az xəbər verir ki, verilişin aparıcısı Dmitri Borisov dahi müğənninin hazırda ABŞ-da yaşayan qızı Marina Maqomayevanın evində olub. Marina Maqomayeva atası, Tamara Sinyavskaya ilə münasibətlərindən danışıb. O deyib ki, həyat yoldaşı, musiqiçi Aleksandr Kozlovski ilə ailə həyatı qurandan sonra ABŞ-a köçüb.

“Amerikaya köçmək barədə heç zaman düşünmürdüm. Mənim üçün Bakıda yaşamaq yaxşı idi”, - deyə M.Maqomayeva vurğulayıb və əlavə edib ki, özü də, anası da Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya ilə hər zaman yaxşı münasibətlərdə olublar:

“Anamla Tamara indi də ünsiyyətdədirlər, bir-birinə hər zaman salam göndərirlər. Biz dəfələrlə Tamaranı ABŞ-dakı evimizə qonaq çağırmışıq, lakin o, səhhəti ilə əlaqədar gələ bilmir”.

Verilişdə Tamara Sinyavskaya Müslüm Maqomayevlə tanışlıqlarının tarixçəsindən danışıb. Qeyd edib ki, onların toyunu Azərbaycanın ümummilli lideri Heydər Əliyev Bakıda təşkil edib:

“Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.

Tarix
2019.05.20 / 20:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla