Yuxarı

Zelenski Radanı buraxdı, hökuməti istefaya göndərdi... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraya Prezidenti Vladimir Zelenskinin parlamentdə andiçmə mərasiminə 2010 və 2014-cü ildəki andiçmə mərasimlərindən daha az qonaq qatılmışdı.

Axar.az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.

Mərkəz Zelenskinin andiçmə mərasimindəki çıxışında bir neçə vacib məqama toxunduğunu bildirib:

“Birincisi, Zelenskinin parlamenti buraxdığını elan etməsi çoxları üçün gözlənilməz qərar oldu. Bu o demək deyil ki, prezident istəyinə nail olub. Parlamentdə hakim fraksiya dağılıb və yeni fraksiyasnın formalaşması üçün qanunvericiliyə görə 30 gün vaxt lazımdır. Bu zaman kəsiyində prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Buna görə də böyük ehtimalla parlamentdəki bir necə partiya Zelenskinin parlamenti buraxmaq qərarına etiraz edərək, Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəklər”.

Təhlildə ikinci vacib məsələnin Zelenskinin hazırkı hökumətlə işləmək istəməməsi, baş naziri istefaya çağırması göstərilib:

“Zelenski bu zaman ABŞ-ın özü kimi artist olmuş keçmiş prezidenti Ronald Reyqanın bu sözlərinə müraciət edir: “Hökumət problemləri həll etmir, hökumətin özü başlıca problemdir”. Zelenski ictimaiyyətin hökumətin fəaliyyətindən narazı qaldığını bilərək, baş naziri və bütövlükdə hökuməti istefaya çağırdı (Qeyd edək ki, Qroysman bu çağırışı qəbul edərək, artıq istefa verdiyini açıqlayıb - red).

Üçüncüsü, Zelenski Donbasda müharibəyə son qoyulmasını istəyir və çıxışında bu mövzu ön planda idi. Zelenski hətta Donbasda yaşayan rusdillilərə xoş gəlsin deyə çıxışının bir hissəsinə rus dilində davam etdi. Ancaq anındaca onu dinləyən müxalif deputat Lyaşkodan “ana dilində danış” replikasını aldı. Andiçmə zamanı bu kiçik qovğanın özü gələcəkdə sülhün necə çətin olacağını və həmin sülhün Ukraynada hamı tərəfdən birmənalı qarşılanmayacağını göstərir. Zelenski Krım və Donbasdan danışarkən maraqlı ifadə işlətdi: “Biz ərazilərdən başqa Krımda və Donbasda yaşayan insanları itirmişik, onları geri qaytarmalıyıq”. Maraqlı yanaşmadır, ancaq reallaşması bu qədər asan olsaydı, bunu elə Poroşenko həyata keçirərdi. Zelenski hansı yolla Krımı və Donbası geri qaytaracağına dair fikir bildirməyib. O da aydındır ki, Zelenski üçün güc yolu istisnadır”.

Mərkəz andiçmə mərasimində dördüncü əsas məqamın Zelenskinin separatçılarla və Moskva ilə danışıqlara hazır olmasını göstərib:

“Onun bu yanaşması Ukraynada fikir ayrılığının dərinləşməsinə səbəb olacaq. Zelenskinin hazırda başlıca məqsədi Donbas separatçılarının və Moskvanın əlində olan bütün ukraynalı əsirlərin azad olunmasını tezləşdirməkdir. Bu mümkündür, bir şərtlə ki, Ukrayna da separatçıların və Rusiyanın arzuladığı bütün əsirləri azad etməlidir. Poroşenko zamanında əsirlərin “hamının hamıya” prinsipi ilə azad olunmasına razılıq vermədi. Çünki Poroşenko əsirlərin içində insanları qətlə yetirən terrorçuların da olduğunu bildirir və onları azad etmək istəmirdi. Zelenski isə “hamının hamıya” prinsipinə razı olmuş kimi görsənir, Moskva və separatçılar da bunun arzusundadırlar.

Beşincisi, Zelenski çıxışında Ukraynanın Avropa İttifaqı və NATO üzvlüyü barədə qəti bir fikir söyləmədi. Prezident sadəcə onu dedi ki, Avropa beyinlərdə olmalıdır və ordunu NATO standartları ilə inkişaf etdirmək lazımdır. Zelenski hardasa haqlıdır. Poroşenkonun adı çəkilən iki quruma üzvlük hədəfi onun prezidentliyi dövründə reallaşmayıb. Zelenski də bu acı təcrübədən çıxış edərək reallaşması çətin hədəflərdən danışmaq istəmir”.

Mərkəzin təhlilində Zelenskinin ilk gündən prezidentliyinə böyük hədəflərlə başladığı qeyd edilib:

“Zelenskinin siyasi təcrübəsi yoxdur. Onun çıxışındakı bütün tezislər qulağa xoş gəlir. Zelenski siyasi elitalara deyil, ona səs verən seçicilərə arxayındır. Bəli, Zelenski 73 faizlə prezident seçilib və bu, xalqın ona inamından xəbər verir. Ancaq atılan və atılacaq addımlar Zelenskini oliqarxlarla və siyasi elitalarla üzbəüz qoyacaqsa, cəmiyyət hər dəfəsində onun köməyinə çatmayacaq. Ukrayna müstəqillikdən bu yana oliqarxlar və siyasi elitalar tərəfindən idarə olunur və heç bir prezident siyasi təcrübəsindən çıxış edərək mövcud durumu dəyişə bilməyib. Zelenskiyə də çətin olacaq. Ukraynanın hər tərəfdən dərin problemləri var. Bu problemlərin həlli üçün Zelenskinin ölkə daxilində və xaricində güclü tərəfdaşlara ehtiyacı var. Bu tərəfdaşları isə tapmaq və onları inandırmaq lazımdır”.

Tarix
2019.05.20 / 23:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla