Yuxarı

Ərdoğan Türk Şurasının baş katibi ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TDƏŞ-in katibliyindən Axar.az-a verilən məlumata görə, baş katib Türk Şurasının təsis edilməsinin 10 illiyi ilə bağlı tədbirlər, eləcə də 2019-cu ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünə hazırlıq işləri barədə məlumat verib. Baş katib təşkilata üzv ölkələr arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün TDƏŞ-in fəaliyyətinə dəstək verdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını ifadə edib. Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təsis edildiyini bildirən TDƏŞ-in rəhbəri üzv ölkələr arasında Birgə Sərmayə Fondunun yaradılması istiqamətində görülən işlərdən danışıb.

Türkiyənin türk dünyası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan 2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində qəbul olunan qərarların icrasından məmnunluğunu ifadə edib. Təşkilatın beynəlxalq əlaqələrinin və tərkibinin müşahidəçi statusu ilə genişlənməsini yüksək dəyərləndirib.

Birgə Sərmayə Fondunun təsis edilməsinə dair hazırlıq işlərini təqdirəlayiq olduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu fond orta və kiçik sahibkarlıq başda olmaqla, özəl sektorun inkişafına yardım etmək iqtidarında olmalıdır.

Qəbulda Türk Şurasının, eləcə də türkdilli ölkələrin birləşdiyi digər təşkilatların fəaliyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Tarix
2019.05.21 / 01:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla