Yuxarı

Britaniya XİN-in Bakıda gördüyü “qaranlıq”...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Xarici İşlər Nazirliyinin UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində yaydığı məlum bəyanat təbii ki, bizim hamımızda təəccüb və təəssüf hissi doğurdu. Mən əslində bu barədə fikirlərimi mediada bölüşmüşəm, amma yenə də qısaca olaraq mövqeyimi bildirmək istəyərdim.

Axar.az xəbər verir ki, bu sözləri bu gün Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda keçirilən dəyirmi masada çıxışı edən “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist, politoloq Aynur Camalqızı bildirib.

O qeyd edib ki, sözügedən bəyanat həqiqətən də qərəzli və böhtan xarakterlidir:

“Söhbət nədən gedir?! Həqiqətən də Azərbaycanın paytaxtı bu gün dünyanın ən stabil, ən sabit paytaxtlarından biridir və dünyanın ən təhlükəsiz ölkələrinin paytaxtları ilə müqayisə oluna bilər. Bu gün Cənubi Qafqazda ən sabit ölkə Azərbaycan, ən sabit paytaxt isə məhz Bakıdır. Yəqin ki, heç birimiz son 25 ildə Azərbaycanda hansısa terror aktının baş verdiyini xatırlaya bilmərik. Çünki belə bir hal olmayıb. Yalnız 90-cı illərin əvvəllərində ermənilər bir neçə dəfə Bakıda terror aktı törətmişdilər. Onun da səbəbi bəlli idi. Həmin dövrün siyasi gərginliyindən qaynaqlanırdı. Amma bir sıra Avropa ölkələrinin paytaxtlarında dəfələrlə, elə ən yeni tariximizdən misal çəkəsi olsaq, Londonun özündə də terror hadisələri baş verib. Yəni, bu baxımdan Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatının məhz “Arsenal”-“Çelsi” oyununun Bakıda keçirilməsi ərəfəsində verilməsi təbii ki, anlaşılan deyil, reallığı əks etdirmir. Çox təəssüf ki, hər dəfə Azərbaycanın hansısa beynəlxalq tədbirə ev sahibliyi etməsi ərəfəsində bu cür xoşagəlməz söz-söhbətlər yaradılır. Mən düşünürəm ki, bütün bunlar Azərbaycanı sevməyən qüvvələrin “işbirliyi”ndən ortaya çıxan məsələlərdir.

Heç kəsə sirr deyil ki, Azərbaycan kriminal qruplaşmaların, kriminal avtoritetlərin olmadığı bir ölkədir. Azərbaycanda və ya Bakı şəhərində bircə kriminal avtoritetin belə yaşadığı iddiası yoxdur. Amma dünyanın istənilən ən inkişaf etmiş ölkələrində mafioz, kriminallaşmış qruplar və kriminal avtoritetlər var. Biz hər birimiz media vasitəsilə onların adlarını da bilirik.

Böyük Britaniya XİN-in sözügedən bəyanatında Bakı şəhərində küçələrin işıqlandırılması məsələsinə də yer ayrılıb. Bu, əslində çox gülməlidir. Çünki Bakı şəhərində yaşayan hər kəs bilir ki, paytaxt küçələrində işıqlar hətta, gündüzlər saat 12-13.00-dək söndürülmür. Bu nə qədər israfçılıq olsa da, çox təəssüf ki, belədir. Mən düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları bu barədə düşünməlidir. Bu şəkildə israfçılığa yol vermək olmaz.

Azərbaycan multikulturalizm, tolerantıq mərkəzidir. Biz hər zaman digər ölkələrə – qonşularımıza da, dünyaya da nümunə olmağı bacarmışıq. Düşünürəm ki, bu qərəzə ən gözəl cavab o olacaq ki, UEFA-nın məlum final oyunu Bakıda yüksək səviyyədə baş tutacaq, heç bir azarkeş – nə yerli, nə də turist – problemlə üzləşməyəcək, zərər görməyəcək. Bununla Azərbaycan növbəti dəfə beynəlxalq tədbirlər üçün ən təhlükəsiz, ən ideal məkan olduğunu sübuta yetirəcək”.

Aynur Camalqızı deyib ki, Azərbaycanda Böyük Britaniyanın neft şirkətləri tərəfindən neft çıxarılanda, məsələn, BP və onun əməkdaşları üçün heç bir təhlükə yaranmır, amma iki komanda futbol oynayanda Britaniya XİN hansısa “təhlükə” hiss edir:

“Bu, əlbəttə, gülməli və absurd bəyanatdır. Hesab edirəm ki, media olaraq bizim buna münasibətimizi bildirməyimiz çox yerində və lazımlıdır”.

Tarix
2019.05.21 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla