Yuxarı

Fuadın həbsində azərbaycanlıların əli var - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Fuad Abbasov Rusiya ərazisində saxlanılmasına zəmin yaradacaq cinayət hadisəsi törətməyib.

Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.

YAP-çı deputat bildirib ki, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən qeyri-hökumət təşkilatları, jurnalist qurumları bu məsələ ilə bağlı səslərini qaldırmalıdır:

“O, hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıb. Azərbaycanın mövqeyini Rusiya ictimaiyyətinə obyektiv çatdıran bir insandır. Təbii ki, Vətənini, millətini, dövlətini sevən hər bir azərbaycanlı ölkəsinin maraqlarına xidmət etməlidir. Çox təəssüflər olsun ki, qanı erməni qanına qarışmış və Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə Fuad Abbasov saxlanılıb. Moskvada ermənilərin azərbaycanlıların adından danışması təhqiredicidir. Çünki Fuad Abbasov jurnalistdir. Onun istənilən hadisəyə öz baxışı və öz mövqeyi ola bilər”.

Depuat Diasporla İş üzrə Dövlət Komitəsini F.Abbasovu müdafiə etməyə çağırıb: “Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kifayət qədər vətənpərvər şəxsdir. Ümid edirəm ki, Fuad Abbasovun başına gələnlərlə bağlı Dövlət Komitəsi də öz mövqeyini qəti və açıq şəkildə ortaya qoyacaq. Çünki Fuad Abbasov öz müsbət hərəkətləri ilə hər zaman vətənpərvərliyini sübut edib. Ona görə də biz onu müdafiə etməliyik. Çox yaxşı olardı ki, Fuad Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının birləşdirilməsi və koordinasiyası ilə məşğul olsun. Fuad Abbasova Azərbaycana deportasiya olunmazdan öncə hər hansı məsləhət verməyim düzgün sayılmaz. Onun deportasiya olunduqdan sonra burada hansı fəaliyyətlə məşğul olacağı öz istəyindən asılı olacaq”.

Qeyd edəki, F.Abbasov mayın 18-də məhkəmənin qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya ediləcəcəyi gözlənilir.

Tarix
2019.05.22 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla