Yuxarı

Britaniya mətbuatı AFFA-nın qərarından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Çelsi” ilə keçiriləcək final oyununda iştirak etmək üçün Bakıya səfər etməmək barədə qərarı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən əsassız qərar kimi dəyərləndirilib. Bu barədə Böyük Britaniyanın “Inside World Football” portalında dərc olunan məqalədə qeyd edilir.

Axar.az xəbər verir ki, məqalədə AFFA-ya istinad olunaraq bildirilir: “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər, “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən birgə verilmiş bu əsassız qərar bizdə təəssüf hissi doğurur. Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan final oyununun ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinin təmin olunmasına bütün lazımi zəmanətləri verib. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir səbəb yoxdur”.

Məqalədə, həmçinin ötən illər ərzində Azərbaycanın öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançının problemsiz iştirakının təmin olunduğu qeyd edilir.

“Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama keçiriləcək final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa hazırıq”, - deyə məqalədə AFFA-nın yaydığı açıqlamaya istinadən bildirilir.

Tarix
2019.05.22 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla