Yuxarı

Bakı Mxitaryanla bağlı zəmanət verə bilər - İspan mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada çıxan “Marca” gündəlik idman qəzetinin elektron versiyasında (Marca.com) “Azərbaycan Mxitaryanın təhlükəsizliyinə zəmanət verə bilər” sərlövhəli məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, məqalədə Böyük Britaniyanın “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalında iştirak etməyəcəyi barədə bu klubun bəyanatına cavab olaraq qeyd edilir ki, həm UEFA, həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bütün futbolçuların, o cümlədən “Arsenal”ın oyunçusu H.Mxitaryanın təhlükəsizliyinin təmin ediləcəyinə dair müvafiq bəyanatlar veriblər.

“Marca.com” AFFA-nın baş katibi Elxan Məmmədovla müsahibəsini təqdim edib. E.Məmmədov təsdiq edib ki, AFFA ilə UEFA-nın Mxitaryanın təhlükəsizliyinə zəmanət verilməsi barədə müvafiq məktubu “Arsenal”a göndərilib. AFFA-nın baş katibi deyib: “Biz həmişə siyasəti futboldan ayırırıq. Biz çox məyusuq, çünki Mxitaryanın təhlükəsizliyinin təmin edilməsi üçün bizim tərəfimizdən bütün tədbirlər görülüb. Buna görə də narahatlığa heç bir əsas yoxdur. Bu zəmanət Azərbaycan tərəfindən verilib. Yeri gəlmişkən, son on ildə çoxlu sayda erməni idmançı Azərbaycanda keçirilən bir neçə beynəlxalq turnirdə heç bir problemlə üzləşmədən iştirak edib. Düşünürəm ki, Mxitaryanın iştirak etməməsi bu möhtəşəm oyunun nə keyfiyyətinə, nə də cəlbediciliyinə təsir göstərəcək”.

Nəşr Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin sözlərini də sitat gətirib: “Avropa Liqasının finalı böyük idman hadisəsidir. Əgər kimsə onu siyasi tədbirə çevirmək istəyirsə, bu başqa məsələ. Amma Mxitaryana siyasətçi olduğuna görə deyil, idmançı olduğuna görə pul ödəyirlər. Biz bütün siyasi məsələləri bir kənara qoymalıyıq”.

“Marca.com” diqqətə çatdırır ki, Azərbaycan Ermənistandan idmançıların gəlməsinə icazə verir, lakin ermənilərə və Dağlıq Qarabağda olan şəxslərə viza vermir. Henrix Mxitaryan 2016-cı ildə Ermənistanın ərazi iddialarını müdafiə edən bir neçə təşkilatı maliyyələşdirib.

“Marca.com” qeyd edir ki, 2015-ci ildə Bakıda birinci Avropa Oyunları təşkil edilib. Oyunlarda 25 erməni idmançı iştirak edib. Nəşr belə bir faktı diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev erməni idmançılardan birinin mükafatlandırılması zamanı tribunalardan gələn fit səslərini şəxsən dayandırıb və mükafat almış erməni idmançının alqışlanmasını xahiş edib.

Tarix
2019.05.22 / 22:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla