Yuxarı

Zelenski faktoru: Rus-ukrayn savaşı bitirmi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinə razı olduğu deyilir. Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko isə öz hakimiyyəti dönəmində “hamının hamıya” prinsipinə qarşı çıxmışdı. O, əsirlərin içində insanları qətlə yetirən terrorçuların da olduğunu bildirir və onları azad etmək istəmirdi. Hazırda isə Ukrayna cəbhəsi bu məsələdə xeyli mülayimləşib. Lakin indi Rusiyanın bu təkliflə razılaşacağı şübhə altındadır.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu Zelenski Donbasda müharibə istəmədiyini və əsirləri “hamının hamıya” prinsipi ilə azad etməyə hazır olduğunu söyləyib.

Politoloq bildirib ki, Kreml Zelenski ilə əldə olunacaq razılığın yeni prezidentin mövqelərini daha da gücləndirdiyini düşündüyü üçün bu dəfə məsələni uzatmağa üstünlük verir:

“Ancaq Zelenski faktiki Kremlin istəyini müzakirə etməyə hazırdır. Kreml isə Zelenskinin bu məsələdə güclənəcəyindən ehtiyat edir, Rusiya Ukraynada zəif prezidentin olmasını istəyir ki, bu ölkə inkişaf etməsin, dağılma təhlükəsindən qurtulmasın. Ona görə də müzakirədən yayınacaq".

Politoloq Qabil Hüseynli Zelenskinin açıqlamalarının qeyri-real olduğunu, sülh yolunun nəticə verməyəcəyini deyib:

“Bu gün Ukraynanın qarşısında duran əsas məsələ ərazi bütövlüyünü təmin etməkdir. Qarşıda təkcə Donbas deyil, həm də Krım məsələsi dayanır. Zelenski əsas diqqətini Donbas, Luqansk və b. vilayətlərə yönəldib və bu problemi sülh yolu ilə həll etməyi düşünür. Bu, ağlabatan ideya deyil. Rusiya Abxaziyanı, Cənubi Osetiyanı, Dnestryanı ərazidəki problemləri sülh yolu ilə yaratmayıb. Rusiyanın ssenarisi əsasında baş vermiş münaqişə ocaqlarında danışıqlar yolu ilə məsələnin həlli mümkünsüzdür və heç də nahaq yerə "dondurulmuş münaqişələr" adlandırılmır. Bu vaxta qədər Qərb dövlətlərinin yardımı ilə sülh danışıqları keçirilib. Bu danışıqlarda Minsk razılaşması olsa da, Rusiya onun bir maddəsini belə yerinə yetirməyib. Zelenskinin sadəlövhcəsinə sülh yolu ilə torpaqları geri qaytarmaq istəməsi tarixdən dərs götürmədiyini göstərir. Bu təcrübəsiz siyasətçi başa düşmür ki, müharibəni udmaq üçün ilk növbədə Ukrayna ərazisində rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, qayda-qanun yaratmaq, sənaye sahələrini dirçəltmək və inkişaf etdirmək lazımdır.

Heç olmasa, Ukraynada istehsalın işə salınmasında, bəzi modern silahların alınmasında ABŞ fəallıq göstərməlidir. Əlbəttə, sülh danışıqlarından imtina etmək olmaz, amma nə qədər ki, Rusiyada hakimiyyət başında Putin olacaq, sülh danışıqlarından nəticə gözləmək sadəlövhlükdür”.

Politoloq Zaur Məmmədov isə bildirib ki, Rusiya tərəfi də Ukrayna ilə danışıqlarda maraqlıdır:

“Çünki Zelenski yenidir və onun Rusiya ilə münasibətlərdə hansı mövqe tutacağı rəsmi Moskva üçün maraqlıdır. Ümumiyyətlə, regionda baş verən hadisələr onu göstərir ki, Ukrayna Rusiya ilə danışıqlara getməlidir, əks halda vəziyyət gərginləşə bilər. Avropa İttifaqı Ukraynanı Avropa dövləti etmək üçün əlindən gələni edəcək. Lakin Almaniya və Fransa kimi böyük ölkələr ərazi bütövlüyü məsələsində Rusiya ilə münasibətləri nəzərə alaraq Ukraynanın yanında yer almayacaq. Əlbəttə, Zelenski çalışacaq ki, Rusiyaya qarşı beynəlxalq ictimaiyyətin dəstəyini alsın. Amma ABŞ-dan başqa hansısa ölkənin Ukraynaya tam dəstək verəcəyini düşünmürəm”.

Qeyd edək ki, Zelenski inauqurasiya mərasimində çıxışı zamanı Donbas konfliktiylə bağlı dialoqa hazır olduğunu, amma bunun üçün Rusiyanın əsir saxladığı Ukrayna hərbçilərini buraxması gərəkdiyini deyib.

Tarix
2019.05.23 / 08:00
Müəllif
Büllurə, Mahir
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla