Yuxarı

Bakı ilə bağlı qərarı UEFA verib, onlar yox! - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroliqanın finalının Bakıda keçirilməsinə “Amnesti İnterneşnl” qeyri-hökumət təşkilatı yox, UEFA qərar verib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə “Amnesti İnterneşnl” təşkilatının Avropa Liqasının finalının Bakıda keçirilməsini tənqid etməsinə münasibət bildirərkən deyib.

O, finala ölkəmizin ev sahibliyi etməsinin təsadüfi olmadığını söyləyib:

“Azərbaycan ev sahibi olmaq haqqını iki namizəd ölkə arasında gərgin mübarizədə qazanıb. UEFA Azərbaycanın paytaxtını final yarışı keçirilən bir yer kimi seçərkən bütün məsələləri, o cümlədən insan hüquqlarının vəziyyətini, bura gələcək insanların təhlükəsizliyinin qorunmasını, futbol yarışının bir bayrama çevriləcəyi proqnozunu nəzərə alıb. Aydın görünür ki, son dövrlərdə Azərbaycan seçiminə Avropada bəzi dairələr çox böyük qısqanclıqla yanaşırlar, çox absurd bəhanələr gətirərək, bu yarışa kölgə salmağa çalışırlar. Ancaq biletlərin çox hissəsi satılıb. Azərbaycan bu yarışı yüksək səviyyədə keçirməyə hazırdır. Avroliqanın Azərbaycanda keçiriləcək finalı futbol tarixində çox möhtəşəm oyunlardan biri olacaq.

Bəzi dairələrin xaricdə müəyyən rıçaqlar vasitəsilə həm yarışın keçirilməsinə mane olmaq, həm də Azərbaycan haqqında mənfi fikir yaratmaq cəhdləri boşa çıxacaq. Çünki onların gətirdiyi bəhanələrin heç bir əsası yoxdur”.

Qeyd edək ki, korrupsiyada adı hallanan “Amnesti İnterneşnl” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib.

Tarix
2019.05.23 / 11:41
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla