Yuxarı

Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixi durumunu bu səviyyədə ortaya qoyan adamların söylədikləri elə də ciddi əhəmiyyət daşımır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa jurnalist Xədicə İsmayılın polkovnik-leytenant Ramil Səfərovu “cinayətkar” adlandırmasına münasibət bildirərkən deyib.

O, X.İsmayılın hakimiyyətin R.Səfərovun başına gələn hadisələrdən istifadə edərək seçkiqabağı xal qazanması barədə söylədiklərinə belə cavab verib:

“Bir adam illər sonra bu mövzuya qayıdırsa, deməli, onu buna təhrik edənlər var. Seçki kampaniyasında kim bu hadisədən istifadə etdi, hakimiyyət bundan nə müsbət divident götürdü ki?! Bunlar boş söhbətlərdir. Ramil Səfərov kifayət qədər həbsdə yatıb. Ömürlük cəza çəkəsi deyildi ki. Əgər o, R.Səfərovun ömürlük həbsdə yatmasını arzulayırdısa, bu, sadəcə antihumanist yanaşmadır. Hesab edirəm ki, bu açıqlama psixi normallığın göstəricisi deyil”.

Qeyd edək ki, jurnalist Xədicə İsmayıl sosial şəbəkə Ramil Səfərvun biabırçı cinayət törətdiyini yazıb. O iddia edib ki, Azərbaycan hakimiyyəti guya Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazanıb. Jurnalistin bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük etirazla qarşılanıb.

Tarix
2019.05.23 / 19:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla