Yuxarı

Proqnoz: Azərbaycan və Türkiyə AB-yə üzv ola bilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Avropa Parlamenti seçkilərinin nəticələri qurumda çox ciddi islahatlara səbəb olacaq. Lakin hesab edirəm ki, bu dəyişiklik o qədər də uğurlu alınmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Natiq Cəfərli Avropa Parlamentinə keçirilən seçkilərlə bağlı deyib. O bildirib ki, seçkilərdə ultrasağçılar və millətçi qrupların aktivliyi gələcəkdə bəzi problemlərə yol aça bilər:

“Millətçilərin və ultrasağçıların önə çıxması yeni proses deyil, təqribən 5 ildən çoxdur Avropada belə bir hərəkətlilik var. Son illər ultrasağçılar və millətçi güclər daha çox populyarlıq qazanıb. Bunun da sosial səbəbləri var. Məsələn, Suriyadan və digər ölkələrdən gələn qaçqınların sayının artması yerli əhalinin o qədər də xoşuna gəlmir. Digər səbəb isə Avropa Birliyinin iqtisadi artımının son 5 ildə çox aşağı düşməsidir. İqtisadiyyatın daralması ilə orta sinfə dəyən zərbə həmin şəxslərin ultrasağçılığa və millətçiliyə yönəlməsinə səbəb olub. Son zamanlar belə təşkilatların populyarlaşmasının əsas səbəbi də budur. Mənə elə gəlir ki, Avropa Parlamenti seçkilərində ultrasağçıların və millətçilərin daha çox öndə olacağı gözlənilir”.

Politoloq ultrasağçıların Avropa Parlamentində daha çox yer almasını AB-nin işləmə qaydasına da ciddi təsir göstərəcəyini bildirib:

“Ultrasağçılar və millətçi qüvvələr AB-nin indiki formatının doğru olmadığını və dəyişdirilməsini təklif edirlər. Hətta Avropa Birliyinin oyun qaydalarının da dəyişməsi müzakirə olunur. İngiltərənin Breksit demarşından sonra bu məsələ daha çox gündəmə gəldi. Artıq Fransa, Niderland və Polşada bununla bağlı açıq şəkildə fikirlər səsləndirilir. Ehtimal ki, gələcəkdə Avropa Birliyi iki müxtəlif dövlətlər toplumuna bölünəcək. Futbol termini ilə desək, yüksək liqa və aşağı liqaya ayrılacaq. Çünki Şimali Avropa ilə Cənubi Avropanın iqtisadi göstəricilərində və siyasi baxışlarında ciddi fərqlər var. Bu fərqlərin də getdikcə dərinləşməsinin şahidi oluruq. Əgər bu sistem qurulsa, Türkiyənin və Cənubi Qafqaz ölkələrinin aşağı liqa Avropa ölkələrinə üzv olması asanlaşa bilər”.

Politoloq bildirib ki, Avropa Komissiyasına yeni rəhbərin gəlməsi Cənubi Qafqaz ölkələri ilə siyasətə o qədər də təsir etməyəcək:

“Ultrasağçı və millətçi qüvvələrin bəzilərinin Rusiya ilə çox ciddi əlaqələri var, amma bu, hamısına şamil edilmir. Hətta onların arasında Rusiyanı təhlükə kimi görənlər də var. Bunları nəzərə alsaq, Cənubi Qafqazın Rusiya ilə əlaqələrdə bufer zona rolu oynaması məsələsi yenidən gündəmə gələcək. Buna görə də qurumun Cənubi Qafqaz siyasətinin kökündən dəyişəcəyini düşünmürəm”.

Qeyd edək ki, ötən gün Avropa Parlamenti seçkilərinə start verilib. Seçki ilkin olaraq Britaniya və Niderlandda başlayıb. İrlandiya və Çexiyada seçkinin bu gün, Latviya, Malta və Slovakiyada isə mayın 25-də keçiriləcəyi bildirilib.

Seçkidə ümumilikdə 426 milyon seçicinin iştirakı nəzərdə tutulub.

Tarix
2019.05.24 / 12:16
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla