Yuxarı

Paşinyanın oğlunu təhlükəsiz yerə köçürməsinin - Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissədən - Qarabağdan çıxararaq Ermənistandakı hərbi hissələrdən birinə aparması onu göstərir ki, onun Qarabağ klanı ilə çox ciddi problemləri var.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərtac-a açıqlamasında deyib.

Ş.Ramaldanov bildirib ki, N.Paşinyan ucuz populizim xatirinə oğlunu Dağlıq Qarabağda xidmət etməyə göndərdi. İndi isə Qarabağ klanı, xüsusilə Köçəryan tərəfdarları ilə çox ciddi problemləri olduğu üçün oğlunu təhlükəsiz yerə Ermənistandakı hərbi hissələrdən birinə köçürüb. Digər səbəb isə Ermənistan cəmiyyətində Azərbaycanın artıq savaşa başlamağa hazır olduğundan doğan təşviş və narahatlıqdır. Ona görə Azərbaycan Ordusunun təlimlərindən öncə oğlunu təhlükəsiz yerə çıxarıb. Bu isə erməni rəhbərlərin bütün məsələlərə münasibətlərinin səmimi olmadığını, sadəcə populizmlə məşğul olmalarını, hətta maraqları xatirinə övladlarını, ailəsindən belə istifadə etmələrini göstərir. Real vəziyyət budur.

“Düşünürəm ki, N.Paşinyan Qarabağ klanı ilə aralarında olan soyuqluğu müəyyən qədər bəhanə edərək oğlunu Ermənistana gətirib. Bu, bir daha Ermənistanın Azərbaycan Silahlı Qüvvələrindən qorxduğunu göstərir. O, Azərbaycanın atacağı addımlardan çəkinərək məhz bu formada öz oğlunu təhlükəsiz əraziyə çıxarıb”, - deyə Ş.Ramaldanov qeyd edib.

Tarix
2019.05.24 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla