Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 İyun 2019


Paşinyan oğlunu Qarabağdan niyə apardı? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan qorxusundan oğlunu Qarabağ cəbhəsindən çıxararaq İrəvana apardı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi xidmətdəki oğlunun Qarabağ cəbhəsindən İrəvana aparılmasını şərh edərkən deyib. O, hazırda Ermənistanın yenidən qarışdığını və bu qarışıqlığın artıq düşmənçilik səviyyəsində olduğunu söyləyib:

“Ermənistanda vəziyyət az qala vətəndaş müharibəsi həddindədir. Çünki Qarabağ klanı Paşinyanı təkləyərək onun axırına çıxacaqlarını bəyan edib. Ona görə də Paşinyan qorxusundan oğlunu Qarabağ cəbhəsindən çıxararaq İrəvana apardı.

Paşinyanın oğlu üçün Qarabağda çətin olacaqdı. Qondarma “dqr”ın nəzarət etdiyi sahələr qorxulu idi. Hər nə desən, ola bilərdi. Bütün bunlar ölkə daxilindəki ziddiyyətlərin barışmazlığını göstərir”.

Politoloqun sözlərinə görə, hazırkı şərtlər altında Ordumuz üçün Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad etməsi üçün əlverişli fürsət yaranıb:

“2016-cı ilin aprel döyüşlərindən sonra bu fürsət azı 3-cü dəfə yaranıb. Birinci dəfə Ermənistanda ara qarışanda, Paşinyan küçə yürüşlərinə başlayanda, ikincisi, Ermənistanda seçkilər başlayanda, üçüncüsü də indi. Sadaladığım dövrlərdə öz torpaqlarımızda antiterror əməliyyatları aparıb ərazi bütövlüyümüzü bərpa etmək üçün münasib şərait yaranmışdı. Bu, BMT-nin nizamnaməsi ilə bizə verilmiş ən təbii haqqımızdır. Ermənilər də vaxtilə Azərbaycandakı qarışıqlıqdan, başıpozuqluqdan istifadə edərək Dağlıq Qarabağ və onun hüdudlarından kənardakı 7 rayonu rusların köməyi ilə ələ keçirmişdilər. İndi biz də yaranmış fürsətdən istifadə edərək öz torpağımızı geri qaytara bilərik”.

Q.Hüseynli Ermənistandakı qarışıqlıqların fonunda Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərin əhəmiyyətini də vurğulayıb:

“Ordumuz son dövrlərdə real döyüş şəraitinə uyğun hərbi təlimlər keçirir. Budəfəki təlim əzəməti, silahların növü, şəxsi heyətin sayı və bir sıra digər keyfiyyət ölçüləri ilə digər təlimlərdən əsaslı surətdə fərqlənir. Digər tərəfdən, bu təlimlərin demək olar ki, böyük əksəriyyəti təmas nöqtələrinə yaxın bölgələrdə həyata keçirilib. İrəlidə ilk olaraq atəş açmalı olan raket qoşunları təmas xəttinə daha çox yaxınlaşdırılıb. Hələ ki, ordumuz təlim keçirir, yeni silahlar almağa davam edir.

Məntiq hərbi əməliyyatların başladılmasını tələb edir. Torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Danışıqlar yoxdur. Alınan silahlar saz vəziyyətdədir. Hərbi əməliyyatlara başlamaq üçün hər cür imkan var”.

Politoloq Ermənistandakı gərgin vəziyyətin Paşinyan hakimiyyətinə sarsıdıcı təsirlərini də istisna etməyib:

“Hələ ki, məsələlər bəlli bir səviyyədə cərəyan edir. Amma ortada formalaşmış bir düşmənçilik, qarşıdurma ideologiyası var. Belə ideologiyalardan bir qayda olaraq toqquşma, qarşıdurma törəyir.

Paşinyanın hakimiyyətdən getməsi hələlik yetişmiş proses deyil, amma dediyimiz hadisələr gərginləşərsə, ox yaydan çıxarsa, hər şey ola bilər. Paşinyanın reytinqinin azaldığını, onun əvvəlki Paşinyan olmadığını əminliklə söyləmək mümkündür”.

Qeyd edək ki, son günlərdə yaranmış gərgin vəziyyətdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib. A.Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Tarix
2019.05.25 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Qüds müzakirəsi: Kimsə geri çəkilməsə... - Karasik

ABŞ İranın milyardlarına əl qoydu: Tehran çökdürülür

Prezidentin “Döyüşə” əmri: Zakir Həsənovun qəti addımı

Tramp İrana hərbi müdaxilədən niyə çəkinir? - Polkovnik

Gəncəliyev: Azərbaycanlılar bu torpaqlara qayıtmadan...

İmamoğlunun ermənilərlə bağlı səhvi: Etməməli idi... – Özər

Sensasiya: Qərb İmamoğlunu qalib etdi ki... - Video

Gürcüstan böhranı: Rusiya Qafqazdan çıxır?

ASAN Xidmət mükəmməl modeldir - Busaidi

Tiflisdə aksiyaya belə yekun vuruldu - Yeniləndi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla