Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2019


İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ konqresmeni Henri Kuellar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Amerika Birləşmiş Ştatlarının etibarlı müttəfiqi olan Azərbaycan Respublikası terrorizmə qarşı qlobal mübarizədə ABŞ-a öz qəti dəstəyini vermiş ilk ölkələr sırasındadır.

ABŞ ölkələrimiz arasında sülhməramlı əməliyyatlar və enerji təşəbbüsləri sahələrindəki davamlı əməkdaşlığımızı, eləcə də mühüm əhəmiyyət daşıyan ticari tərəfdaşlığımızı yüksək qiymətləndirir.

Sizə və Azərbaycan xalqına tərəfdaşlığınıza və azadlıq ideallarına daimi sadiqliyinizə görə minnətdarlığımı bildirirəm. Respublika gününüzün 101-ci ildönümü münasibətilə Sizi Amerika Birləşmiş Ştatları adından bir daha təbrik edirəm", - məktubda qeyd edilir.

***

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan Respublikası ilə sıx mədəni əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, ümumtürk mədəniyyətinin və dəyərlərinin təbliğində rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı yüksək səviyyəli mədəni əlaqələr bundan sonra da inkişaf etdiriləcək və Azərbaycanın zəngin mədəni irsi TÜRKSOY-un xətti ilə keçiriləcək beynəlxalq tədbirlərdə bundan sonra da layiqincə təmsil olunacaqdır.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm".

Tarix
2019.05.25 / 22:03
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

AKP İstanbulu uduzdu: Nələr olacaq? – Şərh

Fuad həbs edilməli idi, yaxşı qurtardı - Kuznetsov

Proqnozu doğrulmayan ekspert: Yıldırım niyə uduzdu?

Mir Şahin: Bu yalançı və boşboğazlar... - Video

Markoviç Bakıya gəldi, Əli Həsənov qarşıladı

Fuad Abbasovla bağlı Moskvada aksiya keçirilir - Foto

Prezidentin 4 generalla bağlı qərarı: Biz əsgərik!

Tiflis olayları: Bakının önəmi artır

Öcalanın planları alt-üst oldu, Binəli seçiləcək – Rəy

Gürcüstanda qanlı günlər: nələr ola bilər?

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla