Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2019


NATO-nun Rusiyanı sıxışdırmaq üçün yeni planı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, NATO-nun Rusiyadan gələn nüvə təhdidilə əlaqədar yeni hərbi strategiya qəbul etməsi çox doğru qərardır. Bununla NATO özünümüdafiə mövqeyini tututur.

Bu sözləri Axar.az-a NATO-nun Rusiya təhdidlərinə qarşı qəbul etdiyi yeni hərbi strategiya barədə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, NATO-nun qəbul etdiyi yeni hərbi strategiyanın məqsədi Rusiyanı Şərqi Avropada sıxışdırmaqdır:

“Rusiya və NATO arasında münasibətlərə nəzər salsaq görərik ki, soyuq müharibə dönəmindən - 1990-cı illərin əvvəlindən sonra münasibətlər düzəlməyə başladı. Lakin 2000-ci ildən NATO və Rusiya arasında yenidən gərginlik yarandı. Burda birmənalı olaraq ABŞ-ın rolu böyükdür, çünki NATO dövlətləri arasında əslində Rusiya ilə bağlı vahid fikir mövcud deyil. Sadəcə olaraq, Şərqi Avropa ölkələri Rusiyadan gələn təhdidlərlə bağlı tez-tez məsələ qaldırır. Ukraynanın Krım yarımadasında və Donbas vilayətində baş verənlərdən sonra ABŞ və NATO raketlərini Şərqi Avropada yerləşdirdi. Məqsəd Polşa və Baltikyanı ölkələrini Rusiyadan qorumaq idi. NATO-nun verdiyi bu qərara, hesab edirəm ki, ehtiyac var idi. Bu, gələcəkdə müdafiəyə hazır olmaq və stabilliyi təmin etmək üçün NATO-nun atdığı addımdır. Həmçinin yeni strategiya bu gün dünyada baş verən hadisələrin göstəricisidir”.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq NATO-nun Rusiyadan gələn nüvə təhdidilə əlaqədar olaraq yeni hərbi strategiya qəbul edəcəyni bildirib.

Tarix
2019.05.26 / 10:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
loading...
Digər xəbərlər

Fuad həbs edilməli idi, yaxşı qurtardı - Kuznetsov

Proqnozu doğrulmayan ekspert: Yıldırım niyə uduzdu?

Mir Şahin: Bu yalançı və boşboğazlar... - Video

Markoviç Bakıya gəldi, Əli Həsənov qarşıladı

Fuad Abbasovla bağlı Moskvada aksiya keçirilir - Foto

Prezidentin 4 generalla bağlı qərarı: Biz əsgərik!

Tiflis olayları: Bakının önəmi artır

Öcalanın planları alt-üst oldu, Binəli seçiləcək – Rəy

Gürcüstanda qanlı günlər: nələr ola bilər?

Vaşinqton görüşü Qarabağda nəyi dəyişəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla