Yuxarı

Avropada Kremlin müttəfiqləri uduzdu: Kimlər qazandı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinə seçkilərdə millətçilər və avroskeptiklər gözlənilən və qorxulan səviyyədə uğur qazana bilmədilər.

Axar.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Avropa Parlamentinə seçkilərin nəticələrini təhlil edərkən qeyd edib. O, avroskeptiklərin Avropa Parlamentindəki sayının getdikcə azalacağını bildirib:

“İlkin məlumatlara görə, millətçilər və avroskeptiklər əlavə 34 yer (751 yerlik parlamentdə onların ümumən 108 səsi olacaq) qazanıb. Fransada Marin Le Penin partiyası - Milli Birlik az fərqlə birinci olsa da, Avropa Parlamentinə bundan əvvəlki (2014) seçkilərlə müqayisədə daha az səs alıb. Almaniya üçün Alternativ Partiyası səs artırsa da, Bundestaqa son seçkilərlə müqayisədə faizi aşağı düşüb. Yalnız Belçikada millətçi Flamand Partiyası ciddi səs qazanıb.

Avroskeptiklərin irəliləyişi isə İtaliyada iqtidarda olan Liqa Partiyasının (M.Salvini) və Britaniyada Breksit Partiyasının (N.Farac) hesabına əldə olunub. Lakin Britaniyanın AB-dən çıxmasından sonra bu ölkənin təmsilçiləri parlamenti tərk edəcək və qurumda avroskeptiklərin sayı azalacaq”.

Politoloq Rusiyanın AP seçkilərinin nəticələrindən narazı qaldığını söyləyib:

“Avropada ənənəvi partiya və qrupların böyük üstünlüyü davam edir. Yeganə fərq bu oldu ki, AP-nin ən böyük qrupları olan Avropa Xalq Partiyası və sosial-demokratlar bu dəfə çoxluq yarada bilməyəcəklər və üçüncü ortağa - liberallara və ya yaşıllara ehtiyac duyacaqlar. Yeri gəlmişkən, yaşıllar Almaniyada ciddi uğur qazanaraq 2-ci oldular, Fransada da səslərini artırdılar.

Nəticələr göstərir ki, problemlərə və məyusluqlara baxmayaraq, Avropada birlik ideyası və liberal düzən hələ də alternativsiz olaraq qalır. Rusiya saytlarında seçkilərlə bağlı xəbərlərin aşağı sıralarda yer alması Kremlin nəticələrdən məmnun olmadığını göstərir. Çünki millətçilər və avroskeptiklər Rusiyanın müttəfiqləridir”.

Tarix
2019.05.27 / 12:20
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla