Yuxarı

Ərdoğanın uğuru: Əgər Trampa imkan verilsə... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın S-400-lərlə bağlı narahatılığını aradan qaldırmaq üçün ümumi türk-amerikan texniki-araşdırma qrupu yaradılması təklifinin Vaşinqton tərəfindən qəbul edilməsi Ankaranın qələbəsidir.

Axar.az xəbər verir ki, bunu politoloq Əhəd Məmmədli qeyd edib. O, Trampın Ərdoğanla telefon danışığından sonra bu cür razılaşmanın əldə olunduğunu bildirib:

“Baxmayaraq ki, Pentaqonla Dövlət Departamenti bu cür razılaşmanın əleyhinə idi, Tramp bu düyünün çözülməsi yolunda rasional addım atmağa qərar verib. ABŞ qorxur ki, Tükiyə S-400-ləri alandan sonra Ankaranın da iştirak etdiyi F-35 layihəsinin gizli informasiyası radarlar vasitəsilə rusların əlinə keçsin. ABŞ Müdafiə Nazirliyi iki aydır Türkiyə ilə birlikdə rus raket kompleksi S-400-lərin araşdırılması üçün nəzərdə tutulan texniki-araşdırma qrupunun yaranmasında imtina edirdi. Hələlik nə Ağ Ev, nə Pentaqon bu informasiyanı şərh edib. Bu qərar türk xarici siyasətinin növbəti uğurudur”.

Politoloqun sözlərinə görə, bu qərar sayəsində Türkiyə nəhayət ki, S-400-ləri və ardınca F-35-ləri ala bilər:

“Ankara F-35 layihəsinin ortaqlarındandır və bu görünməz qırıcıların alınması üçün bir milyard dollardan çox pul xərcləyib”.

Politoloq Ərdoğanla Trampın telefon danışığı nəticəsində əldə olunan digər razılaşma barəsində də danışıb:

“Hərbi xuntaya dəstəkdə ittiham edilən Türkiyə və ABŞ vətəndaşı olan NASA əməkdaşı Sərkan Gölge azad edilib. İndi Gölge məhkəmə nəzarətindədir və ona Türkiyəni tərk etməyə icazə verilmir. Bu qərardan sonra Gölge Türkiyəni tərk edib ABŞ-a uça bilər. Tramp Gölgenin azad edilməsində göstərdiyi kömək üçün Ərdoğana təşəkkürünü bildirib. Bu xəbərlərdən sonra lirə dollara nisbətdə iki faiz bahalaşıb. Ərdoğan telefon danışığında Trampı bir daha Türkiyəyə rəsmi səfərə dəvət edib. Tramp məmuniyyətlə dəvəti qəbul edib və iyul ayında Türkiyəyə səfər edəcəyini bildirib. İyul ayında da rus S-400-lərinin tam alınması və Türkiyəyə göndərilməsi gözlənilir. Buna görə amerikalılar türk tərəfinə S-400-lərin alınmasının 9 ay uzadılmasını istədilər ki, Tramp rahat şəkildə Ankaraya səfər edə bilsin. Türkiyəlilər ABŞ-ın bu təklifini rədd etdilər. Bütün bunlara rəğmən unutmayaq ki, Ağ Evin Konqres üzərində nəzarəti yoxdur. Konqres S-400-lərin alınacağı təqdirdə F-35-lərin Türkiyəyə satılmaması üçün layihə hazırlayıb və buna görə sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış edir. Göründüyü kimi, Ağ Ev bir tərəfdən, Konqres, Dövlət Departamenti və Pentaqon digər tərəfdən Türkiyə məsələsində qarşıdurmadadırlar. Trampa imkan verilsə, o, Ərdoğanla konsensusa gələcək. ABŞ və ümumiyyətlə, Qərb mətbuatı Donald Trampdan "xoxan" obrazı düzəldiblər. Əslində isə "xoxanlar" ABŞ-ın digər dövlət qurumlarında yer alıb. Trampa imkan verilsə, o, ABŞ-ı savaş siyasətindən kifayət qədər çəkindirər. Amma bunun olması üçün Tramp gərək köhnə ABŞ elitasına qalib gəlsin”.

Tarix
2019.06.01 / 08:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla