Yuxarı

Bakıya ayaq basanda şoka düşdüm - Almaniya vətəndaşı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finalın Azərbaycanda olacağını eşidəndə Bakı haqda heç bir təsəvvürüm olmadığından, pis keçəcəyini düşündüm.

Bu sözləri Axar.az-a Bakıya UEFA finalını izləmək üçün gələn Almaniya vətəndaşı Sedrik Vil deyib. Onun sözlərinə görə, Bakıya ayaq basanda sözün yaxşı mənasında şoka düşüb:

“Bura mənim təsəvvürümdəki yer deyildi. Şəhər çox gözəldi. İçərişəhər əsrarəngizdir. Rahatlıqla deyə bilərəm ki, Bakı bir çox alman şəhərini öz gözəlliyi ilə geridə qoyur. Heydər Əliyev Mərkəzini ziyarət etdim. Bu tikili məni ovsunladı. Ot örtüyü belə göz oxşayır. Bakının küçələri çox təmizdir. Azərbaycanlılar həddən artıq mehriban, gülərüzdür. 99 faiz insan onlardan kömək istəyəndə öz işlərini kənara qoyub, əlindən gəldiyi qədər köməklik etməyə çalışır. Bəzən onlar ingiliscə danışa bilməsə də, sənə yardım etməyə çalışır. Berlində siz belə insanlara çətin rast gələrsiniz.

Mağazalar, restoranlar həddən artıq ucuzdur. Xidmət sahəsində çalışan azərbaycanlılar olduqca yardımsevərdir.

Olimpiya Stadionu bir çox Avropa ölkəsinin sahib olmadığı möhtəşəmliyə sahibdir. Oyun gözlənildiyindən də yaxşı keçdi. Finalda təhlükəsizliyin yüksək səviyyədə təşkilini çox bəyəndim. Hətta deyərdim ki, belə təhlükəsizliyi Avropanın hər inkişaf etmiş ölkəsi təşkil etmir”.

Tarix
2019.06.01 / 14:34
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla