Yuxarı

“Milli Şura öz işiylə məşğul olsa, daha yaxşıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Milli Şura öz işiylə məşğul olsa, daha yaxşıdır”

"Milli Şuranın qiymət artımı ilə bağlı mitinq keçirmək istəməsi konstitusion haldır. Amma düşünürəm ki, siyasi partiyaların sosial hüquqların müdafiəsi ilə məşğul olması yalnışdır. Bu bir tərəfdən ölkədə demokratik institutların, həmkarlar ittifaqlarının, istehlakçı birliklərinin inkişafına və ortaya çıxmasına mane olur".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dedi. O bildirdi ki, siyasi partiyalar öz işləri ilə məşğul olsalar, daha yaxşı olar:

"Bu sahəyə mane olmaqla bərabər, həm də siyasi partiyalar sosial problemlərlə yüklənir və əslində hansı işlərlə məşğul olmalı olduqlarını undurlar. Hesab edirəm ki, hər bir sahədə olduğu kimi, bu qiymət artımı məsələsində də müvafiq olaraq həmkarlar ittifaqları və istehlakçıların hüquqlarını müdafiə edən təşkilatlar aksiya keçirməlidir."

Milli Şuraya irad tutan Sərdar Cəlaloğlu sədri olduğu Azərbaycan Demokrat Partiyası üzvlərinin 15 dekabrda keçiriləcək mitinqdə iştirakından da danışdı:

"Bizim partiyanın üzvləri konstitusion hüquqları kimi Milli Şuranın qiymət artımı ilə bağlı keçirəcəyi mitinqdə iştirak etməkdə sərbəstdirlər. Mən onların bu hüquqlarına müdaxilə etmək hüququm yoxdur".

Tarix
2013.12.10 / 14:47
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla