Yuxarı

Qarabağın Azərbaycana aid olduğunu qəbul edən ermənilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdan olan və hazırda dünyanın müxtəlif yerlərində məskunlaşan kifayət qədər tanınmış erməni var ki, Qarabağ probleminin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər.

Axar.az xəbər verir ki, bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib. O bildirib ki, ictimai fəallar Artur Ağacanov, Valeri Eritsyan, Georgi Arakelyan, Lev Yaxşibekov, Karin Eritsyan və digərləri Dağlıq Qarabağı birnənalı olaraq Azərbaycan ərazisi kimi görürlər və Bakının Alban Avtokefal Məbədinin bərpasını dəstəkləyirlər. Bu şəxslər həmçinin uydurulmuş erməni tarixinə qarşıdırlar.

Bu xətti eyni zamanda tədqiqatçılar Eduard Vartanov və Filipp Ekozyants və digərləri müdafiə edir.

Hüseynov bildirib ki, Eduard Vartanov, Artur Ağacanov və digər araşdırmaçılar Eçmiədzin kilsəsi tərəfindən erməniləşdirilən türk-xristianlar olan qıpçaqların izlərinin qorunması uğrunda çalışırlar.

Qeyd edək ki, hələ 2016-cı ildə bir qrup erməni araşdırmaçı dünya ictimaiyyətinə alban, türk dini-mədəni, tarixi və abidələrinin erməniləşdirilmədən xilas edilməsi üçün müraciət yaymışdılar.

Tarix
2019.06.04 / 23:53
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla