Yuxarı

Hacı Şahindən “Qaloş piri” ilə bağlı açıqlama - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim dinimizdə belə xurafat şeylər yoxdur, bu, sadəcə, fırıldaqçıların din üzərindən uydurduğu yalanlardır.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli sosial şəbəkələrdə yayılan və şərti olaraq “Qaloş piri” adlandırılan görüntülərlə bağlı danışarkən deyib. O bildirib ki, insanlarımızın belə fırıldaqçıların tələsinə düşməməsi üçün QMİ müxtəlif maarifləndirici tədbirlər görür:

“Azərbaycanda ziyarətgahların olması tarixi bir şeydir. Ölkəmizdə tarixən müxtəlif dinlər, inanc yerləri mövcud olub. Bu, bizim xalqın övliyalara və Allaha yaxın insanlara sevgisinin, hörmətinin əlamətidir. İnsanlar belə yerlərə gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Amma bu formada xurafatlığa yol vermək dinimizə ziddir. Bunların dinlə, sağlam məntiqlə heç bir əlaqəsi yoxdur. Bizim dinimiz xurafata qarşı olan bir dindir”.

Din xadimi QMİ-nin belə xurafat əməl edənlərlə bağlı silsilə tədbirlərin gördüyünü bildirib:

“Bakıda və bölgələrdə bununla bağlı müxtəlif görüşlər təşkil edilir. Bu görüşlərin də əsas məqsədi ondan ibarətdir ki, insanlar belə xurafat əməllərdən çəkinsinlər və bəzi fırıldağçıların toruna düşməsinlər”.

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə Modern.az-a bildirib ki, videoda görünən qaloş deyil, seyid papağıdır. Bununla “şəfa verən” əşyanın “seyid qaloşu” deyil, “seyid papağı” olduğunu bildirib və “şəkk etməməmyi” məsləhət görüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küyə səbəb olub. İnsanların şəfa tapmaq üçün sellofana bükülmüş qaloşu başlarına sürtməsi gülüşlə və rişxəndlə qarşılanıb. İddiaya görə, bu qaloş Seyid Miribiş Ağaya məxsusdur.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov bildirib ki, Seyid Miribiş Ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açır. O görüntülər də ildönümündə çəkilib.

Video sosial şəbəkədə yayılandan sonra ocağı bəzi istifadəçilər və media “Qaloş piri” deyə məsxərəyə də qoyub.

Tarix
2019.06.10 / 14:28
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla